“Videolarını əylənmək üçün yaydım” - 19 yaşlı qızın intiharına səbəb olan şəxs
Ötən ilin 27 noyabrında Yasamal rayonunda yerləşən "Qələbə Residence" yaşayış kompleksindən 19 yaşlı Fatimə Nemətovanın (ad və soyad şərti) özünü ataraq intihar etməsi hadisəsi ilə bağlı açılmış cinayət işi üzrə məhkəmə prosesi keçirilib.
Gənc qızın telefonunu oğurlayan və daha sonra onun açıq-saçıq görüntülərini sosial şəbəkələrdə yayan 2004-cü il təvəllüdlü Nadir (şərti) həbs edilib. Yasamal Rayon Məhkəməsində keçirilən prosesdə Nadir Cinayət Məcəlləsinin 125 (özünü öldürmə həddinə çatdırma), 156.1 (Şəxsi həyatın toxunulmazlığını pozma), 177.2.5 (Oğurluq -zərərçəkmiş şəxsin üzərindən, cibindən, çantasından və ya digər əl yükündən çıxarılmaqla törədildikdə) və 242-ci-ci (Pornoqrafik materialları və ya əşyaları qanunsuz yayma) maddələri ilə təqsirləndirilib. Ona yekunda 4 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzası verilib.
Məhkəmə prosesində məlum olub ki, intihardan əvvəl Nadir sosial şəbəkədə Universitetlərdən birinin Memarlıq fakültəsinin 2-ci kurs tələbəsi olan Fatimənin profilini taparaq ona yazıb. Onlar bir müddət yazışdıqdan sonra parkda dostları ilə birlikdə görüşüblər.
Belə ki, 21 noyabr 2021-ci il tarixdə saat 18 radələrində “AF Mall” ticarət mərkəzinin qarşısında baş tutan görüş zamanı 18 yaşlı oğlan onun gödəkçəsinin cibindən dəyəri 1829 manat dəyərində “Apple İphone 11” markalı mobil telefonu oğurlayıb. Bundan sonra Nadir qızın telefonunda olan çoxsaylı açıq-saçıq foto və videoları başqa telefona köçürüb, oğurladığı telefonu isə dostunun şəxsiyyət vəsiqəsi ilə 800 manata satıb. Bu satışdan o, özünə və 120 manat dəyərində geyim əşyaları və ayaqqabı, eləcə də 600 manat dəyərində "Apple İphone X" markalı mobil telefonu alıb. Daha sonra isə Fatimənin telefonundan köçürdüyü açıq-saçıq görüntüləri 22 noyabr 2021-ci il tarixdə saat 16 radələrində çoxsaylı izləyiciləri olan “Telegram” sosial şəbəkəsində “Dirçəliş 22/30” adlı səhifədə yayıb.
Bundan sonra dostları Fatiməyə onun pornoqrafik görüntülərinin sosial şəbəkələrdə yayıldığını bildiriblər. Fatimə isə həmin görüntülərin oğurlanmış telefonundan götürüldüyünü bildirib. O, daha sonra dostuna “hər şey üçün çox sağ ol, məni yaddan çıxart, çox təəssüf edirəm ki, sonluq belə oldu, biz onla səni həmişə sevəcəyik, artıq heç nəyin mənası qalmayıb”, sözlərini yazıb və yaşadığı çoxmərtəbəli binadan özünü ataraq həyatına son qoyub.
Məhkəmədə təqsirləndirilən Nadir törətdiyi əmələ görə özünü təqsirli bildiyini deyib. O, Fatimənin görüntülərini əylənmək məqsədilə yaydığını qeyd edib: “Həmin videoları paylaşmaqda məqsədim əylənmək idi. Hər hansı maddi və sair nemət qarşılığında bunu etməmişəm”.
Məhkəmədə Fatimənin atası da ifadə verərək qızının ölümündən əvvəl anasına mesaj yazdığını bildirib: “Fatimə ölümündən öncə anasının istifadəsində olan, lakin hazırda bütün əlaqəli məlumatları silinmiş kompüter vasitəsilə “yaşamaq istədiyini, sevmək istədiyini, lakin pis insanların buna imkan verməməsi, anasını çox sevməsi” barədə sosial şəbəkələrin birində yazı yazmışdı”.
Qeyd edək ki, Nadir ona verilmiş 4 il 6 aylıq cəzanı ümumi rejimli müəssisədə çəkəcək.
Paylaş:
Müəllif : Fuad
Tarix:1-06-2022, 14:44
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər