Bu ay bizi necə hava gözləyir?
Bu ilin may ayı ölkə ərazisində hava-iqlim dəyişkənliyi ilə daha çox fərqləndi. İsti və soyuq atmosfer cəbhələrinin növbəli şəkildə ərazimizə müdaxiləsi nəticəsində hava şəraiti qeyri-sabit, yağıntılı oldu, dağlıq ərazilərdə qar yağdı.
Milli Hidrometeorologiya Xidmətinin rəisi Umayra Tağıyeva Yeniavaz.com-a bildirib ki, may ayı ərzində temperatur 14 gün iqlim normasından 4.5 dərəcəyədək yüksək, 15 gün iqlim normasından 3 dərəcəyədək aşağı, yalnız 2 gün isə norma daxilində olub.
“Temperatur amplitudası isə 22 dərəcədən artıq olub. Ən minimal temperatur mayın 13-də 10.3 dərəcə isti, ən yüksək temperatur isə mayın 31-də 32.5 dərəcə isti qeydə alınıb.
Ayrı-ayrı günlərdə ildırım-dolu prosesi baş verib, 17 dəfə dolu yağıb. Müqayisə üçün 2000-ci ilədək ildə cəmi 4-5 sel hadisəsi qeydə alınırdısa, bu ilin yalnız may ayında leysan xarakterli intensiv yağıntılar nəticəsində sel-daşqın hadisəsi 18 dəfə baş verib”.
Xidmət rəisinin sözlərinə görə, mayın 31-də saat 12:00 radələrindən Göygöldə yerləşən Dopler radar vasitəsi ilə sayılı saatlar ərzində ölkənin qərbində lokal ərazini əhatə edən bulud sisteminin yaranması izlənməyə başladı, saat 14:00-15:15 radələrində isə yağan leysan yağış nəticəsində Gədəbəy rayonu Çalburun kəndindən sel keçdi. Bu cür hadisələr son zamanlar gözlənilmədən baş verir və onları yalnız bir-neçə saat öncədən yeni texnologiyaların tətbiqi ilə izləmək mümkün olur.
“Digər illərdən fərqli olaraq yağıntılı günlərin sayı daha çox olub, yağıntılar ölkə ərazisində qeyri-bərabər paylanıb, bəzi yerlərdə isə normadan çox olub.
Düşən yağıntının miqdarı Bakıda və Abşeron yarımadasında aylıq normanın 126-190, Daşkəsəndə 119, Altıağacda 149, Zaqatalada 161, Qubada 172, Şəkidə 191, Qobustanda 194, Balakəndə 201, Şamaxıda 212, Qəbələdə 221, Oğuzda 249, Hacıqabulda 102, İmişlidə 122, Bərdədə 144, Yevlaxda 159, Kürdəmirdə 179, Lənkəranda 127, Lerikdə 206 faizini təşkil edib.
Qar örtüyünün hündürlüyü Şahdağda 45 sm, Qrızda 15 sm, Xınalıqda 14 sm olub, hava şəraiti küləkli keçib, küləyin sürəti 20 gün 15 m/s-dən çox olub”.
U.Tağıyeva qeyd edib ki, iyun ayı ilin ən uzun günləri ilə fərqlənir. Bununla bərabər havanın hərarəti də tədricən yüksəlir və adətən may ayına nisbətən 4-5 dərəcə yüksək olur.
“Son 21 il ərzində ən isti iyun 2019-cu ildə müşahidə edilib. Bakıda havanın orta aylıq temperaturu 27 dərəcə isti təşkil edib ki, bu da iqlim normasından 4 dərəcə yüksəkdir.
2020-ci il iyunun 3-də Bakıda havanın temperaturu 40.4 dərəcə, 2021-ci il iyunun 26-da 41.2 dərəcə isti olub ki, bununla da, mütləq maksimum temperatur təzələnib.
Son 21 il ərzində isə ən sərin iyun 2003-cü ildə müşahidə edilib, iyunun 6-da minimal temperatur Bakıda cəmi 12.6 dərəcə isti olub.
Ümumilikdə son 21 il ərzində iyun ayında 16 il havanın aylıq temperaturu iqlim normasından 4 dərəcəyədək yüksək, 5 il isə normadan 1.5 dərəcəyədək aşağı olub. İqlimin istiləşməsini bütün fəsillərdə müşahidə edirik”.
Xidmət rəisi hazırda havanın temperaturunun iqlim normasından 4 dərəcəyədək yüksək olduğunu və mülayim isti hava şəraitinin həftənin sonunadək davam edəcəyini bildirib.
Paylaş:
Müəllif : Fuad
Tarix:1-06-2022, 15:43
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər