AzTV ilə bağlı böyük qalmaqal – Məhkəmədən TV rəhbərinin əleyhinə qərar
Xəbər verdiyimiz kimi, bu yaxınlarda Azərbaycan Televiziya və Radio Verilişləri Qapalı Səhmdar Cəmiyyətinin (AzTV) sədri vəzifəsini icra edən Rövşən Məmmədovun müvafiq əmri ilə AzTV-nin texniki direktor müavini vəzifəsinə Xəlil Məmmədov təyinat alıb. Xəlil Məmmədov Rövşən Məmmədovun həyat yoldaşının əmisidir. Buna qədər isə həmin vəzifəni "Əməkdar mühəndis” Knyaz Mehdiyev icra edib.
Rövşən Məmmədovun Knyaz Mehdiyevi işdən çıxarması qarşı tərəfin məhkəməyə üz tutmasına səbəb olub. Azərbaycan Televiziya və Radio Verilişləri Qapalı Səhmdar Cəmiyyətində (AzTV) texniki direktorun birinci müavini vəzifəsində çalışmış Knyaz Mehdiyev işdən qanunsuz olaraq çıxarıldığına görə, kanalın sədr vəzifəsini icra edən Rövşən Məmmədovu məhkəməyə verib.
Bu barədə Knyaz Mehdiyev özü məlumat verib. Bildirib ki, Səbail Rayon Məhkəməsi və Bakı Apellyasiya Məhkəməsi artıq onun xeyrinə qərar çıxarıb.
"Mən məhkəmənin çıxardığı qətnamələri özümlə götürərək, AzTV-yə işimi davam etdirməyə getdim. Ancaq Rövşən Məmmədovun tapşırığı ilə məni qanunsuz şəkildə işə buraxmadılar. Məhkəmənin qərarını onlara göstərirəm, ancaq Rövşən Məmmədov onu heçə sayır. Adam məhkəmənin qərarını saymır, hegomonluq edir.
Mən 45 ildir ki, dövlət televiziyasında çalışıram, Ulu Öndər Heydər Əliyev və cənab Prezident İlham Əliyev tərəfindən Fəxri adlar almışam. "Əməkdar mühəndis” adını hər adama vermirlər. Amma cənab Prezident mənə bu adı verib. Cənab Prezidentin İctimai-siyasi məsələlər üzrə köməkçisi olan çox hörmətli Əli müəllim Həsənov özü şəxsən mənə vəsiqəni təqdim edib. Baş mühəndis, direktorun birinci müavini vəzifəsinə kimi yüksəlmişəm. İndi təcrübəsiz adamlar məni qanunsuz şəkildə işdən çıxarır, məhkəmənin qərarlarına qarşı çıxaraq açıq şəkildə hegomonluq edir.
Mən üzləşdiyim böyük haqsızlıqlarla əlaqədar cənab Prezident İlham Əliyevə müraciət hazırlayıram. Yaxın günlərdə bunu ictimailəşdirəcəm".
Knyaz Mehdiyevin həyat yoldaşı Sədaqət Mehdiyeva da Rövşən Məmmədovun ərinə qarşı etdiyi əməllərdən şikayətlənib.
O, Rövşən Məmmədovun əri Knyaz Mehdiyevə qarşı qanunsuz əməllərindən və məhkəmənin qəbul etdiyi qərarları kobud şəkildə pozduğuna görə Prezident İlham Əliyevə, Birinci vitse-prezident Mehriban Əliyevaya və Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevaya müraciət edib.
Həmin müraciətdə Rövşən Məmmədova qarşı şok ittihamlar yer alır. Müraciəti ixtisarla təqdim edirik:
"AzTV-yə təyin olunan sədr əvəzi Rövşən Məmmədovun vəzifəyə keçəndən sonra şirkətdə illərlə işləyən peşəkar işçilərin başına oyun açır. Bu kəs (etdiyi əməllərə görə ona şəxs deməyə dilim belə gəlmir) özünü AzTV-də o qədər mənfi cəhətdən göstərib ki, TV tarixində ən bacarıqsız sədr kimi ad alacaq. İşə başladığı 5 ay müddətində bu kəs nə qədər tanıdığı dost-tanış, qohum-əqraba içində olmaqla nə az, nə çox, 238 yeni kadr işə götürüb və Azərbaycanın TV tarixində olan bütün sədrlər içində "rekord" qırıb.
Ən əsası da bir vaxtlar AzTV-dən uzaqlaşdırılan qeyri-peşəkar, savadsız baş mühəndisi "Əməkdaş mühəndis" Mehdiyev Knyaz Rəşid oğlunu və TV texnikasını xüsusi bacarıqla işlədən STS sexində kompleks rəisinin müavini, TV peyk avadanlıqları bölməsinin rəisi, oğlum Mehdiyev Həmid Knyaz oğlunu məcburən təhdidlə işdən azad edib. Bu haqsızlıqdan narazı qalan yoldaşım Mehdiyev Knyaz Rəşid oğlu Səbail rayon Məhkəməsinə şikayət ərizəsi ilə müraciət edərək, prosesi udub. Bundan narazı qalan AzTV rəhbərliyi yenidən işə baxılması üçün Apellyasiya Məhkəməsinə üz tutub.
Əllərində heç bir əsaslı dəlil olmadığı üçün məhkəmə prosesini bir neçə dəfə təxirə salıblar. Sonda isə öz ərizələrini geri götürüblər. İndi diqqətinizi AzTV rəhbərliyinin bilərəkdən oynadığı "xüsusi oyunlarına" cəlb etmək istəyirəm. Baxın, bu kəs vəzifəsindən, ölkə başçısının ona göstərdiyi etimaddan necə sui-istifadə edir. Xahiş edirəm ki, tarixlərə xüsusi diqqət yetirəsiniz. Dünən AzTV-dən bizim ev ünvanımıza məktub gəlib ki, yoldaşım Mehdiyev Knyaz Rəşid oğlu 01.02.2019-cu il tarixdən işdən azad olunub. Səbail rayon Məhkəməsinin 04.03.2019-cu il tarixli qərarına görə yenidən işə bərpa olunub. AzTV rəhbərliyi yenidən işə baxılması üçün mart ayının sonlarında Apellyasiya Məhkəməsinə müraciət edib və sonda öz ərizələrini geri götürdüklərinə görə əvvəlki məhkəmənin 04.03.2019 tarixli qərarı qüvvədə qalıb. Dünən - 06.07.2019-cu il tarixdə AzTV-dən aldığımız məktubda göstərilir ki, Rövşən Məmmədov Azərbaycanın məhkəmə qanunlarını tanımır və belə çıxır ki, tanımaq da istəmir.
Çünki AzTV-dən göndərilən məktuba əsasən Mehdiyev Knyaz Rəşid oğlu 01.02.2019-cu il tarixdən işdən azad olunub, 01.02.2019-cu il tarixdə yenidən özünün belə xəbəri olmadan işə götürülüb və 28.02.2019-cu il tarixdə işdən müqavilə əsasında azad olunub. Bu haqda bildiriş bizə 06.07.2019-cu il tarixdə çatdırılıb. Bütün bu prosesləri həyata keçirən AzTV rəhbərliyi o qədər səhvə yol verib ki, sayı hesabı yoxdur. Göstərilən işə götürüb-çıxarmanı əmək kitabçası bizdə olduğu halda hara qeyd olunub? Niyə məktubda rəhbərliyin yox, kadrlar şöbəsinin rəhbərinin imzasıdır? Ən əsası da yoldaşımın 2011-ci ildən istifadə etmədiyi 06.03.2012-ci ildən, 01.02.2019-ci ilədək istifadə etmədiyi məzuniyyət haqqının pul əvəzi ilə ödəməli və şirkətin rəhbərliyi sayəsində məhkəmə gedən zamanı işindən maaşından məhrum olduğu zamanın 01.02.2019-cu ildən 06.07.2019-cu ilədək ödənilməlidir.
Möhtərəm Prezidentimiz cənab İlham Əliyev və çox hörmətli Mehriban xanım Əliyeva. Mən 31 il AzTV-də çalışan və 2011-ci ildən onkoloji xəstəlikdən dəfələrlə əməliyyat olunan bir insan kimi sizə müraciət edirəm. AzTV-nin hazırkı sədr əvəzi Rövşən Məmmədovun üzündən ailəmizin yaşadığı problemlərə son qoymağınıza, oğlum və yoldaşımın əvvəlki vəzifələrinə bərpa olunmasını köməklik göstərməyinizi Sizlərdən xahiş edirəm".
Demokrat.az
Paylaş:
Müəllif : Redaktor
Tarix:15-07-2019, 13:57
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Redaktor
Tarix:15-07-2019, 13:57
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
Dünən, 11:45
Magistral yolların keçdiyi rayonlarda yeni trend: Topraq sahələri kütləvi satışa çıxarılır
Dünən, 11:24
“Sahil Babyev, gəl sənə göstərim ki, biz sakinlərə necə xəstə heyvan verirlər!” – KƏLBƏCƏR SAKİNİNDƏN MÜRACİƏT / VİDEO, FOTO
Dünən, 11:18
Sumqayıtda milyonların talanmasında iştirakçı olan “Saffira Plus” MMC -nin fəaliyyəti niyə yoxlanılmır
Dünən, 11:07
İşçilərin maaşı ilə özünə “imperiya” quran dələduz şirkət rəhbəri QAÇDI - İLGİNC FAKTLAR...
20-12-2024, 21:08
Türkiyənin Suriya üçün göndərəcəyi 75 min ərzaq bağlamasının ilk partiyası yola salındı
20-12-2024, 14:01
Tiktoker Benizin zərərçəkəni hüquq-mühafizə orqanlarına müraciət etdi - 836 min manatdan çox pulunu hissə-hissə ələ keçirib
20-12-2024, 13:48
Ölkəmizə son illər iribuynuzlu heyvanlar HARADAN və NECƏ gətirilir? - “Dana monopoliyası” "kralı"na niyə DUR deyən tapılmır...?
20-12-2024, 12:09
Dünya çempionu 2,5 milyon pul qoyduğu obyektdən çıxarılır - İşin arxasında keçmiş məmur dayanır? - FOTO
20-12-2024, 10:16