reklam
Regionxeberlericom.az » Araşdırma » İlhamın meyiti tapıldı…

reklam

İlhamın meyiti tapıldı…


“Müsavat” partiyasının üzvü Laləzar Məmmədlinin oğlu İlham Rəsulzadənin meyiti tapılıb. 
 Bu barədə FHN məlumat yayıb. Qeyd edilir ki, iyulun 14-də Bakı şəhərinin Sabunçu rayonu, Bilgəh qəsəbəsində, dənizdə, qeyri-çimərlik (nəzarətsiz) ərazidə batdığı ehtimal olunan 1987-ci il təvəllüdlü Rəsulzadə İlham Tofiq oğlunun axtarışları başa çatıb. 
İ.Rəsulzadənən meyiti Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu tərəfindən tapılaraq sudan çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.
Xatırladaq ki, İlham Rəsulzadə dənizə qardaşı ilə birgə getmişdi. Həmin gün çətin vəziyyətə düşən qardaşlardan biri xilas edilsə də, İlhamın axtarışları davam edirdi. 
İlham Rəsulzadə ailəli olub, 2 uşaq atası idi.



 


Paylaş:


Müəllif : Tarix:
16-07-2019, 13:27
Sikayət   


loading...
Загрузка...