Sülhməramlıların komandanlığının xəritə oyunu - məqsəd nədir?
Rusiya Müdafiə Nazirliyinin Azərbaycan ərazilərində müvəqqəti yerləşən sülhməramlıların nəzarət zonasını əks etdirən xəritəsindən Xankəndinin adını silməsi geniş müzakirələrə səbəb oldu. 21 iyun və 20 iyun tarixlərinə aid olan xəritələrdə Xankəndinin adı qeyd olunmur. Daha doğrusu, Rusiya Müdafiə Nazirliyi indiyədək çoxsaylı etirazlara məhəl qoymayaraq, Azərbaycanın Xankəndi şəhərinin adını “stepanakert” olaraq təqdim edir. Son günlərdə xəritəyə “düzəliş” xarakterli cəhdin səbəbi anlaşılmaz oldu. Çünki “stepanakert” adının əvəzinə, Xankəndi yazılsaydı, bu halda düzəlişdən söhbət gedə bilərdi. 19 iyun tarixinə qədər olan xəritələrdə Xankəndi “stepanakert” olaraq yazıldığı halda, iki sutka ərzində bu ad yoxa çıxdı.
Rusiya Müdafiə Nazirliyi xəritəni 22 iyun 2022-ci il tarixində yeniləmişdi. Qeyd edək ki, son aylar sülhməramlıların dislokasiyası ilə bağlı xəritələrdən hansısa dəyişikliklər edilib, sonradan yenə də əvvəlki vəziyyətə qayıdılıb. Məsələn, Rusiya Müdafiə Nazirliyinin rəsmi saytında dərc edilmiş xəritələrdən belə məlum olmuşdu ki, sülhməramlıların müşahidə post və məntəqələrinin sayı artırılıb, 27-dən 33-ə qaldırılıb. Amma Rusiyanın Qarabağdakı hərbi kontingentinin bir gün sonra Rusiya Müdafiə Nazirliyinin rəsmi saytında təqdim edilmiş xəritədə müşahidə postlarının sayı əvvəlki kimi 27 olaraq göstərtdi. Amma ilk dəfədir ki, Xankəndi ilə bağlı bu cür fakt ortaya çıxır. Bundan əvvəl Rusiyada keçirilən hansısa sərgidə “Dağlıq Qarabağ” və “stepanakert” adlarından istifadəyə görə Azərbaycan kəskin etiraz bildirmişdi. Məhz bundan sonra Rusiya həmin adları təqdimatdan çıxarmalı oldu. Qeyd edək ki, bir müddət öncə Rusiya Müdafiə Nazirliyinin yaydığı bəyanatda Ukraynaya yardım göstərən ölkələrlə və separatçı rejimlərlə yanaşı, “Dağlıq Qarabağ” ifadəsini də işlətməsi Azərbaycan hökumətində ciddi narazılıq yaratmışdı. Azərbaycanın Müdafiə Nazirliyi məsələ ilə bağlı dərhal açıqlama verərək, “Dağlıq Qarabağ” ifadəsinin işlənməsinin “qəbuledilməz” olduğunu bildirdi.
“Bu kimi açıqlamalar Azərbaycan-Rusiya əlaqələrinə xələl gətirə və Rusiya sülhməramlı qüvvələrinin müvəqqəti olaraq yerləşdirildiyi Azərbaycan əraziləri boyunca vəziyyətin gərginləşməsinə səbəb ola bilər”, nazirlik bəyan etdi. Azərbaycan “Dağlıq Qarabağ” adlı inzibati-ərazi vahidinin mövcud olmadığını deyir. Əvvəllər “Dağlıq Qarabağ” kimi tanınan ərazilərin hazırda Rusiya sülhməramlıların nəzarətində olan hissəsində etnik erməni əhali yaşayır. Ancaq 10 noyabr üçtərəfli bəyanatından bu günədək Rusiya Müdafiə Nazirliyi verdiyi açıqlamalarda Dağlıq Qarabağı heç vaxt Azərbaycan ərazisi kimi qeyd etməyib. Hansı ki, Vladimir Putin də “Dağlıq Qarabağ Azərbaycanın ayrılmaz tərkib hissəsidir”, açıqlamasını verib.
Daha bir fakt: Rusiyanın dövlət saytlarında “Dağlıq Qarabağ Respublikasında tender elanı”nı da unutmamışıq. Rusiya Müdafiə Nazirliyinin Qarabağda yerləşən hərbi şəhərciklərinə aid kazarma-mənzil fondunda xidmət göstərilməsinə dair tender çərçivəsində həyata keçirilən satınalma məhz Bakının etirazından sonra ləğv edilmişdi.
Sonuncu dəfə bu ilin 26 martında Azərbaycan Respublikası Müdafiə Nazirliyi Rusiya Federasiyası Müdafiə Nazirliyinin 2022-ci il 26 mart tarixli həqiqəti əks etdirməyən və birtərəfli açıqlamasına kəskin etiraz bildirmişdi. Qeyd olunub ki, martın 25-də müdafiə naziri general-polkovnik Zakir Həsənovun Rusiya Federasiyasının müdafiə naziri ordu generalı Sergey Şoyqu ilə telefon danışığı zamanı Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan əraziləri boyunca yaranmış vəziyyət müzakirə edilib. Söhbət zamanı Azərbaycan tərəfi bəyan edib ki, məntəqələrdə mövqelərin və dislokasiya yerlərinin dəqiqləşdirilməsi aparılır. Müdafiə Nazirliyi bəyan edib ki, Rusiya Federasiyası Müdafiə Nazirliyinin bu açıqlaması ikitərəfli əlaqələrin mahiyyətinə və 2022-ci il 22 fevral tarixində iki ölkə arasında imzalanmış müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında bəyannaməyə ziddir. “Azərbaycan ərazisində ”Dağlıq Qarabağ" adlı inzibati ərazi vahidi yoxdur. Açıqlamada qeyd edilən kəndin adı Furux deyil, Fərruxdur. Yuxarıda qeyd edilənlərlə əlaqədar Azərbaycan Respublikası Müdafiə Nazirliyi Rusiya Federasiyası Müdafiə Nazirliyini üçtərəfli bəyanatın müddəalarına uyğun olaraq Ermənistan ordusunun qalıqlarının və qanunsuz erməni silahlı dəstələrinin Azərbaycanın beynəlxalq birlik tərəfindən tanınmış ərazilərindən tam olaraq çıxarılmasını təmin etməyi, Azərbaycan Silahlı Qüvvələrinin ölkəmizin suveren əraziləri daxilində hərəkətini təhrif edilmiş formada qələmə verməməyi, “Dağlıq Qarabağ” ifadəsi işlətməməyi və Azərbaycanın ərazilərinin adını düzgün olaraq göstərməyi xahiş edir", - nazirliyin açıqlamasında qeyd olunub. Eyni zamanda Rusiya XİN rəhbəri Sergey Lavrovun İrəvan səfəri zamanı Fərrux kəndi ilə delimitasiya, demarkasiya söhbətlərini qarışdırmasına Azərbaycan tərəfin etirazı Moskvanın izahatına və düzəlişinə səbəb oldu. Bu arada rusiyalı politoloq Sergey Markov Qarabağın Bakının müvəqqəti nəzarətində olmayan hissənin də Azərbaycana qaytarılacağını və bu məsələnin həllində Rusiyanın marağının olduğunu qeyd edib. İrəvan Dövlət Universitetinin dosenti, politoloq Menya Soqomonyan da zənn edir ki, Xankəndinin Azərbaycan tərəfindən tam nəzarətinə saylı günlər qalıb. Beləcə, Rusiya xəritədəki yanlışı düzəltsə belə, məsələlərin həlli deyil... Digər tərəfdən, hesab olunur ki, əslində bu, düzəliş deyil, nəsə bir oyundur. Elə isə niyə Xankəndi yazılmır? Yaxud digər ərazilərimiz öz adı ilə qeyd olunmur Rusiya Müdafiə Nazirliyinin xəritələrində və “martuni”, “mardakert” və s. adlar qalır... Bütün bunlar Rusiya sülhməramlı komandanlığının özbaşınalığıdır, yoxsa ermənilərin könlünü şad etmək üçün buna gedirlər? Rusiya sülhməramlı kontingentinin rəhbəri Volkov niyə Bakıya çağırılmır və ondan izahat istənilmir, sualının da cavabı yoxdur hələlik...
Göründüyü kimi, saysız-hesabsız etirazlar var, amma hələ də Rusiya tərəfi səhvlərini düzəltmək istəmir. Şübhə etmirik ki, məsələlər Rusiya baş diplomatının Bakı səfərində geniş müzakirə olunacaq. İstisna deyil ki, ardınca Volkovu da, nəhayət, Bakıda görə biləcəyik. Hər halda, Rusiya XİN-in rəsmisi M.Zaxarovanın iki gün öncə erməni jurnalistin Bakı-Moskva münasibətlərinə burun soxmasına verdiyi cavab pozitiv düşünməyə ümid yaradır. Dia.az-ın məlumatına görə, QAT sədri Akif Nağı “Yeni Müsavat”a bildirdi ki, Azərbaycanın ermənilər yaşayan və hələlik Rusiya sülhməramlılarının müvəqqəti nəzarətində olan əraziləri ilə bağlı əgər ABŞ və avropanı saymasaq üç maraqlı tərəf var: “Rusiya oradakı erməni əhalisindən şirma kimi istifadə edərək regionda qalmaq, bölgəyə nəzarət etmək istəyir. Ermənistan oradakı erməni terror qrupundan və Rusiya hərbi kontingentinin varlığından yararlanaraq həmin ərazidə ermənilərin mövcudluğunu saxlamağa çalışır. Azərbaycan hər iki tərəfin istəklərinə rəğmən həmin ərazidə hakimiyyətini tam bərpa etmək siyasəti yeridir. Fərrux yüksəkliyi ilə bağlı hadisələr göstərdi ki, Azərbaycan daha üstün mövqedədir və hədəfinə doğru irəliləyir. Rusiyanın ermənilərlə birlikdə bu xəritə oyunları Azərbaycanın irəliləməsini əngəlləmək məqsədi güdür. Beynəlxalq xəritə qurumları artıq həmin ərazilərdə Azərbaycanın haqlı mövqeyinə uyğun olaraq Xankəndi və digər adları işlədir. Rusiya Müdafiə Nazirliyi təbii ki, özbaşına deyil, Kremlin tapşırıqlarını yerinə yetirir. Belə deyək ki, Rusiya Azərbaycanla Türkiyənin birgə təzyiqləri qarşısında, həmçinin beynəlxalq rəyi nəzərə almaqla ani də olsa, mövqeyini dəyişdi, Azərbaycan adlarını işlətdi, amma sonradan erməniləri də narazı salmamaq üçün köhnə varianta qayıtdı”. A.Nağı digər məqama da diqqət çəkdi: “Yaddan çıxarmayaq ki, Rusiya ermənilərlə maraqlar baxımından, yəni regionda qalmaq istəyi ilə bağlı müttəfiqdir, Azərbaycanın isə gücü ilə hesablaşmalı olur. Ona görə də bu iki amilin təsiri altında bəzən məntiqsiz hərəkətlər edir”. A.Nağının fikrincə, bu hadisənin xarici işlər naziri Lavrovun səfəri ərəfəsində baş verməsi də təsadüfi deyil: “Bununla Azərbaycanın mövqeyini tam qəbul etmədiklərini, bazarlıq üçün hələ müzakirə olunmalı şeylərin qaldığını göstərmək istəyirlər. İstənilən halda, hər kəs görür ki, Azərbaycan sözün hərfi və məcazı mənasında daha vacib yüksəkliklərə, strateji mövqelərə qalxmaqda, ermənilər və onların havadarları isə üzüaşağı enməkdədirlər. Anın və zamanın mahiyyəti budur. Rusiya da bu reallıqla hesablaşmalıdır”.
Ehtiyatda olan polkovnik Üzeyir Cəfərov hesab edir ki, məsələ sülhməramlılarlıq deyil: “Rusiya Müdafiə Nazirliyi necə qeyri-ciddi qurumdursa, onların adı guya sülhməramlı olan qüvvələrinin də fəaliyyəti öz birbaşa rəsmilərinin xidmətlərindən əsla fərqlənmir. Yəni bu dövlətin rəsmilərinin diqqətinə Azərbaycan tərəfdən həm xarici, həm də müdafiə nazirliklərimiz tərəfindən bir neçə dəfə sərt şəkildə etirazlar, narazılıqlar bildirilmişdi. Ancaq bunlar özlərini lap məlum bir canlının davranışlarında olduğu kimi aparırlar. Biz demişik ki, siz qonaqsınız və müvəqqəti olaraq Azərbaycan ərazilərinə dəvət olunmusunuz. Bunlar isə qısa müddətdə erməni axçiləri ilə o qədər xosunlaşıblar ki, tam öz vəzifə borclarını unudublar. Və ümumiyyətlə, bölgədə nə iş görməli olduqlarını da unudublar. Hətta Rusiya Federasiyasının Qarabağdakı ”sülhməramlılar"ın komandanı Rüstəm Muradov öz-özünə o qədər valeh olub ki, artıq başından və yaşından yekə bəyanatlar səsləndirir. Bizim xarici işlər idarəmiz də hələ ki indiyədək susqunluq nümayiş etdirir. Belə olmaz! Rüstəm Muradov öz yerini və həddini bilməlidir! Azərbaycan xalqının adından danışmaq və qərarlar vermək kimə aiddir, bu, aydındır. Amma o siyahıda Rüstəm Muradov və onun kimi dayaz düşünən general və ya siyasətçi ola bilməz və yoxdur!" Ü.Cəfərov qeyd etdi ki, indi də yeni bir hoqqabazlıq ortaya atıblar: “Guya ki, Xankəndini xəritələrində ”unudublar". Əslində bu məqsədyönlü oyunun müəlliflərinin kim olduğu çoxdan bəllidir. Rusiya Federasiyasının xarici işlər naziri bu saatlarda Bakıda olmalıdır. Görək bu bədnam siyasətçi Rusiya Federasiyasının rəsmilərinin oyunbazlıqlarına nə mövqe bildirir?! İstənilən halda Rusiya Federasiyasının istər siyasilərinin, istərsə də hərbçilərinin davranışları çox böyük narazılıq və narahatlıq doğurur".
Polkovnik qeyd etdi ki, Azərbaycanın inzibati əraziləri siyahısında Dağlıq Qarabağ adlı subyektin olmadığı barədə ölkəmizin Müdafiə Nazirliyi rəsmi xəbərdarlıq etsə də, Rusiya tərəf yanlışını düzəltmir: “Xarici İşlər Nazirliyimiz də dəfələrlə həm Leyla Abdullayevanın dili ilə, həm də rəsmi qurum səviyyəsində bu haqda öz narazılıqlarını ifadə edib. Amma hələ də Rusiya Federasiyasının sanki saymazyana münasibəti davam edir. Ona görə də biz də Sankt-Peterburq əvəzinə Leninqrad, Yekaterinburq əvəzinə, Sverdlovsk yazmalıyıq öz mətbuatımızda. Qoy başa düşsünlər ki, istənilən dövlətin ərazi bütövlüyünə hörmətlə yanaşılmalıdır”.
Paylaş:
Müəllif : Fuad
Tarix:24-06-2022, 10:20
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər