Əlilliklə bağlı imtina alanlara xoş xəbər - Bu tarixdən qüvvəyə minir
Məlum olduğu kimi, gələn aydan Azərbaycanda əlillik yeni meyarlarla təyin ediləcək. Nazirlər Kabinetinin Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları” bu il iyulun 1-dən qüvvəyə minir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Əlillik siyasəti şöbəsinin müdiri Sabir Qocayev yeni meyarlarla bağlı “Qafqazinfo”nun suallarını cavablandırıb:
- İyulun 1-dən tətbiq olunacaq yeni meyarlara mətbuatda müəyyən qədər aydınlıq gətirilib. İstərdik ki, bu barədə daha detallı danışasınız. Hansı əsaslı dəyişikliklər olacaq?
- Hazırda qüvvədə olan əlilliyin müəyyən olunması meyarları ilə bağlı sənədə əsasən, 3 dərəcə əlillik müəyyən edilir. Gələn aydan qüvvəyə minəcək yeni əlillik meyarlarında isə yanaşma fərqlidir. 35-100 faiz aralığında orqanizm funksiyalarının pozulması ilə bağlı əlilliyin müəyyən olunması həyata keçiriləcək. Tək yenilik qanunvericilikdə əlilliyə əsas verən bəndlərin sayının artırılması deyil. Yeni sənəddə bu say 4,4 dəfə artırılır. Bu o deməkdir ki, əvvəlki qanunvericilikdə əlillik alması mümkün olmayan insanlar yeni sənədlə əlillik əldə edə biləcəklər. Bu sənədin bir çox üstünlükləri var. İstənilən əlillik dərəcəsindən 15 il əlilliyi olan şəxslərə növbəti dəfə əlillik müddətsiz veriləcək. Məsələn, adam ola bilər ki, 5 il ikinci dərəcə əlil olub, 5 il üçüncü dərəcə olub, 5 il də sağlamlıq imkanları məhdud uşaq olub. İndiki sənədlə buna heç cür müddətsiz əlillik təyinatı aparmaq mümkün deyil. Yeni qanunvericilikdə isə 15 il fərqli dərəcələrdən olsa belə əlilliyi varsa, həmin şəxsə müddətsiz əlillik təyinatı aparılacaq.
Digər vacib məsələ sağlamlıq imkanları məhdud uşaqlarla bağlıdır. Hazırda ağırlığından asılı olmayan bütün uşaqlara eyni dərəcə tətbiq edilir. Onların hamısı nə qədər ağır xəstə olmasından asılı olmayaraq eyni ödənişi – 200 manat əlilliyə görə müavinət alırlar və 80 manat onlara qulluq edən şəxsə verilir. Yeni meyarlarda bu yanaşma aradan qaldırılır. Uşaqlara da diaqnozdan asılı olaraq ömürlük əlillik təyinatı aparılacaq və ödəniş alacaqlar.
- İndiyə qədər əlilliyi olan şəxslər də təkrar yoxlamadan keçməlidirlərmi?
- İndiyə qədər əlilliyi olan şəxslərdə təkrar yoxlama aparılmayacaq. Bundan sonra yeni müraciətlər yeni meyarlar əsasında qiymətləndiriləcək.
Həmçinin şəxsdə olan bir neçə diaqnoz əlillik təyinatında nəzərə alınacaq. Məsələn, A xəstəliyi üzrə şəxsə 40 faiz, B xəstəliyinə görə 80 faiz əlillik verilir. İndiki halda bunları birləşdirib daha ağır dərəcə vermək mümkün deyil. Yeni meyarlarda iki diaqnoz üzrə əlillik təyinatı aparmaq mümkün olursa, onlar birləşdirilir. Ən yüksək dərəcə 10 faiz artırılır, bu zaman ən yüksək müddət hansıdırsa, o seçilir. Həmçinin əlilliyin ən üstün səbəb əlaqəsi seçiləcək. Bu sənəd vətəndaşların sosial müdafiəsinə yönəlmiş sənəddir və müstəqillik tariximizdə ən böyük, əhatəli islahatdır.
- Yeni meyarların tətbiqindən sonra əlillik təyinatına imkan verən xəstəliklərin sayı nə qədər olacaq?
- Hazırda 152 meyar var. Yeni sənəddə isə bu daha genişdir, meyarların sayı 4 dəfədən çox artırılıb. Bir çox xəstəliklər əvvəlki qanunda yox idi deyə əlillik təyinatı aparıla bilinmirdi. Burada təxminən 650-700 ətrafında meyardan söhbət gedir.
- Belə aydın olur ki, yeni meyarların tətbiqi ilə əlillik qrupları ləğv olunacaq?
- Bəli, yeni meyarlarda bölgü yoxdur. 35 faizdən başlayaraq 5 faiz-5 faiz artırılmaqla 100 faizə qədər orqanizm funksiyalarının pozulması ilə bağlı əlillik təyinatı aparıla bilər.
- Ödənişlər də ona uyğun aparılacaq?
- Ödənişlərlə bağlı aidiyyəti normativ hüquqi aktlara dəyişiklik edilməlidir. Müvafiq maliyyə əsaslandırılmaları aparılmaqla hökumətə təkliflər hazırlanacaq ki, növbəti mərhələdə ödənişlər də differensiallaşdırılsın. Hazırda birinci qrup əlilliyi olan şəxslərə bütün ödənişlər - təqaüd, müavinət qulluq təqaüdü ilə birlikdə 430 manata yaxın ödəniş edilirsə, yeni meyarlarda bu dərəcəyə uyğun 4-5 addım olacaq. Yəni, 85-90-95-100 faiz. Bunlar ağırlıq dərəcəsinə görə fərqləndiriləcəklər. Növbəti mərhələdə ödənişlərin də faiz dərəcələrinə görə differensiallaşdırılması hazırlanaraq hökumətə təqdim ediləcək.
İndi kimsə deyirsə, mənim 3-cü qrup əlilliyim var, bundan sonra deyəcək ki, mənim 35 faiz əlilliyim var və ya 40 faiz əlilliyim var. Bu sənəd dünyada olan təcrübə götürülməklə, Azərbaycanda reallıqları nəzərə almaqla hazırlanıb. Son 3 il ərzində üzərində iş aparılıb və 100-ə yaxın normativ hüquqi akta dəyişiklik edilib.
- Azərbaycanda əlillik təyinatı aparılmış vətəndaşların sayı nə qədərdir və bu sayın nə qədər artacağı gözlənilir?
- Dünyada əlillik sayı ortalama Ümumdünya Səhiyyə Təşkilatının hesablamasına əsasən əhali sayının 10-15 faizi qədərindədir. Bizdə isə bu rəqəm 6 faizdir. Rəqəmin artıb-azalacağını indidən proqnozlaşdırmaq çətindir. Biz bilirik ki, əlillik sistemində sağlamlaşdırma aparılıb, bir sıra əlilliklər ləğv edilib. Tətbiq olunacaq yeni meyarlar əlilliyə əlçatanlığı artıracaq. Həmin sayda da müəyyən qədər artım ola bilər.
- Qazilərlə qazi olmayan vətəndaşların əlillik təyinatı eynidirmi?
- Hərbçilərin əlillik təyinatı fərqlidir. Əlillik təyinatında qazilərlə mülki şəxslərin fərqləndirilməsi diaqnoza görə aparılmır. Onların fərqləndirilməsi əlilliyin səbəbinə görə aparılır. Məsələn, ikinci dərəcə ümumi səbəbdən əliliyi olan şəxsə sadəcə müavinət verilirsə, hərbi səbəbdən əlil olanlar isə prezident təqaüdü, minik avtomobili, pulsuz evlərin təqdim edilməsi, birdəfəlik sığorta haqqı və s. alırlar. Bir çox imtiyazlar var ki, bunlar mülki şəxslərə tətbiq edilmir.
Bizdə olan işçi qaydada əldə etdiyimiz məlumata görə, Müdafiə Nazirliyi tərəfindən 5000-dən çox şəxsə şəhadətnamə verilib. Onlardan 3100 nəfərdən çoxuna - 60 faizinə əlillik təyinatı aparılıb. Müdafiə Nazirliyi kimlərə şəhadətnamə veribsə, əksər hissəsinə əlillik təyinatı verilib. Əlillik təyinatına imtina verilmiş qazilərimizin də məsələləri araşdırılır, yeni meyarlarla onların da məsələsinə baxılacaq. Biz Vətən müharibəsi iştirakçılarına bu hüququn təyininə çalışırıq.
- Əvvəllər əlillik təyinatı ilə bağlı müraciət edib imtina alanlar dəyişiklikdən sonra yenidən müraciət edə bilərmi?
- Biz Vətən müharibəsi qazilərinə münasibətdə bu işi preventiv aparacağıq. Çünki bizim imtina almış qazilərimizin siyahısı bazamızda var. Kimlərin hüququ çatırsa, onları dəvət edəcəyik. İmtina alan vətəndaşlarımız da yenidən müraciət edə bilər və biz yeni meyarlarla dəyərləndirmə apara bilərik.
- Bəzən qazilər bildirirlər ki, onların müraciətlərinə ədalətli baxılmayıb. Məsələn, ayağı və ya qolu müəyyən hissədən kəsilən şəxslər ömürlük təyinat aparılmamasından şikayətlənirlər. Çünki 5 ildən sonra həmin orqanın yenidən bərpa olunması mümkün deyil. Yeni meyarların tətbiqindən sonra bu problemlər aradan qalxacaqmı?
- Yeni meyarlarda 2 və daha artıq əlilliyə əsas verən hallar olduqda onlar birləşdirilərək daha üstün əlillik dərəcəsi təyin ediləcək. Bəzən indiki halda insanın bir amputasiyası varsa və bir də gözünü itiribsə, qanunvericilik imkan vermir ki, biz bu ikisini birləşdirərək daha yüksək dərəcə verək. Bəzi hallarda əgər amputasiya müddətsiz əlilliyə imkan verirdisə, ona digər daha yüksək dərəcə ilə müddətli əlillik verirdilər. Bundan sonra sadalanan problemlər aradan qalxacaq. Biz elektron informasiya sistemində həm də avtomatlaşdırma ilə bağlı da işlər aparırıq ki, həkimlərin də subyektiv yanaşması olmasın. İstənilən halda geridönməz proseslər müddətsiz olmalıdır.
Terror səbəbi ilə əlilliyi olanlar – bu da yeni bir səbəbdir. Əvvəllər heç kimə bu səbəbdən əlillik verilməyib. Bu səbəb bir il əvvəl Nazirlər Kabinetinin qərarı ilə siyahıya salınıb. Məqsəd o idi ki, Gəncədə və ya digər şəhərdə terror nəticəsində xəsarət alan insanlara əlillik verildikdə ümumi səbəbdən deyil, terror səbəbi göstərilsin. Beləliklə, biz həm də terror nəticəsində nə qədər insanın əlil olduğunu biləcəyik və onlara ünvanlı xidmət göstərmiş olacağıq.
Gülnar Əliyeva
Foto-Video: Pərvin Zeynal
Paylaş:
Müəllif : Fuad
Tarix:28-06-2022, 12:04
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər