reklam
Regionxeberlericom.az » Araşdırma » Azərbaycanda jurnalisti necə şərləyiblər? — Vəkil şok faktlar açıqlayır

reklam

Azərbaycanda jurnalisti necə şərləyiblər? — Vəkil şok faktlar açıqlayır

















Bakı Ağır Cinayətlər Məhkəməsinin 08.10.2021– ci il tarixli qərarı ilə bəraət hökmü alan və 17.05.2022-ci il tarixində Bakı Apellyasiya Məhkəməsinin hakimi Faiq Qasımov tərəfindən əsassız və təhrif olunmuş faktlara əsasən beş il müddətinə azadlıqdan mərhum edilən jurnalist, Xalq.az və Bakutime.az portallarının baş redaktoru, “Dünya Azərbaycanlıları” İctimai Maarif Mərkəzinin direktoru Zaur Mirzəzadənin şərlənməsi ilə bağlı şok faktlar üzə çıxıb.

Jurnalistin vəkili, Azərbaycan Vəkillər Kollegiyasının üzvü Kamran Musayev bildirib ki, Bakı Apellyasiya Məhkəməsi heç bir hüquqi əsas olmadan müvəkkilinin barəsində beş il müddətinə həbs qərarı çıxarıb: “İş materialları ilə yaxından tanış olan və Bakı Ağır Cinayətlər Məhkəməsində Zaur Mirzəzadənin hüquqlarını müdafiə edən vəkil olaraq bəyan edirəm ki, müvəkkilim heç bir cinayət əməli törətməyib və Bakı Appelyasiya Məhkəməsinin onunla bağlı hökmü qanunsuzdur. Bakı Ağır Cinayətlər Məhkəməsində bu iş tam olaraq araşdırılıb və Zaur Mirzəzadənin barəsində bəraət hökmü çıxarılıb. Sonradan Baş Prokurorluq heç bir əsaslandırma aparmadan və təhrif olunmuş sübutlar təqdim edərək onunla bağlı protest verib. Bakı Apellyasiya Məhkəməsində iş materialları araşdırılmadan prokurorluğun protetsi təmin edilib. Hakim Faiq Qasımov məhkəmə tədqiqatı aparsaydı, o zaman Zaurun günahsız olduğu sübuta yetiriləcəkdi. Bir halda ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin bəraət hökmü qüvvəsində saxlanılmayıb, bu aydın şəkildə deməyə əsas verir ki, məsələyə subyektiv yanaşılıb və kənar müdaxilə ilə nəticələnib”.

Vəkil qeyd edir ki, vaxtilə Zaur Mirzəzadə ilə dostluq münasibətləri olan və Dövlət Əmlak Komitəsinin Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin keçmiş əməkdaşı Aygün Tarverdiyeva başqa bir şəxsdən aldatma yolu ilə 18 min AZN pul alıb: “2015-ci ildə bununla bağlı A.Tarverdiyevanı istintaqa çağırıblar və vəziyyətinin çıxılmaz olduğunu görən keçmiş dostu pulu Zaura verdiyini bəyan edib. 2017-ci ildə məlum olanda ki, Zaurun heç bir təqsiri yoxdur və sadəcə hansısa bir qadın tərəfindən şər-böhtana məruz qalır, onunla bağlı cinayət təqibinə son verilib.

Aygün Tarverdiyeva planlı olaraq Zaur Mirzəzadəni şərləyib. Zauru bu şərləməyə görə istintaqa cəlb ediblər və 3 müstəntiqin araştırmasına əsasən günahsızlığı sübuta yetirilib. Bu cinayət materiallarında da öz əksini tapıb. Məhz elə bu səbəbdən də Bakı Ağır Cinayətlər Məhkəməsi Zaur Mirzəzadə barəsində bəraət hökmü verib”.

Kamran Musayevin sözlərinə görə, 2021-ci ilin mart ayına qədər Zaur Mirzəzadə ilə ümumiyyətlə maraqlanan olmayıb: “Hansı ki, hadisənin 2015-ci ildə baş verdiyi iddia olunur. Altı il ərzində adamı bir dəfə dindirməyib, sonradan onu 4 iş günü ərzində məsuliyyətə cəlb etsələr də, Bakı Ağır Cinayətlər Məhkəməsində ədalət öz yerini tapdı. Təbii ki, Bakı Apellyasiya Məhkəməsinin hakimi Faiq Qasımovun əsassız qərarından Ali Məhkəməyə kassasiya şikayəti verəcəyik. Özlərindən saxta tarixlər və əlaqəsiz ittihamlar uydurub Zaur Mirzəzadəni əsassız olaraq həbsə məhkum ediblər. İnanırıq ki, növbəti instansiya məhkəməsi Bakı Apellyasiya Məhkəməsindən fərqli olaraq kənar müdaxilə olmayacaq və ədalət tərəzisi nizamlanacaq. Sona qədər müvəkkilimizin hüquqlarını qoruyacağıq” – deyə Zaur Mirzəzadənin vəkili vurğulayır. //demokrat.az//




Paylaş:


Müəllif : Tarix:
29-06-2022, 12:22
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər