“Paşa Bank” 8 il həbsdə olan Bakının sabiq vitse-merini məhkəməyə verdi – Təfərrüat
Ölkənin aparıcı banklarından biri olan “Paşa Bank” sabiq Bakı şəhər İcra Hakimiyyəti başçısının müavini Eldəniz Lahıcov və onun biznes ortaqlarını məhkəməyə verib.
Məhkəmə iclası bu ilin sentyabr ayında Bakı Apellyasiya Məhkəməsinin hakimi Vüsalə Baxışovanın sədrliyilə keçiriləcək.
“Paşa Bank”ın iddiası kredit müqaviləsi üzrə mübahisələrlə bağlıdır.
Məlumat üçün bildirək ki, “Paşa Bank” Eldəniz Lahıcov ilə bərabər 5 fiziki şəxs – Ağakişiyev Elşən Allahverdi oğlu, Şərifov Sahib Əziz oğlu, Ömərov İlham Əzim oğlu, Lahıczadə Hünel Elçin qızı və Cəlilov Ramin Nəsib oğlu barəsində də iddia qaldırıb. Bundan başqa “Mətbəx aləmi” MMC, “Construction Technology” MMC, “Sfera-96” MMC, “Vudtrade” MMC barəsində də iddia irəli sürülüb.
Qeyd edək ki, “Construction Technology” MMC və “Mətbəx aləmi” MMC-nin direktoru Elşən Ağakişiyev, “Sfera-96” MMC-nin direktoru isə Sahib Şərifovdur.
Adları qeyd olunan hər 2 şəxsin Rusiyada Eldəniz Lahıcovla ortaq biznesi olub. Eldəniz Lahıcov hazırda Rusiyada fəaliyyət göstərın 2 şirkətin – “E2E4 Group” və “Lespromınvest” şirkətlərinin direktoru və təsisçisdir. “Lespromınvest” şirkətində Eldəniz Lahıcovun təsisçi payı 32%-ə (96 min rubl) bərabərdir. Digər 32%-lik pay Sahib Şərifova məxsusdur. Elşən Ağakişiyev isə bir-neçə il əvvəl ona məxsus olan 32%-lik payı Arkadi Kovalinskiyə satıb.
Onu da qeyd edək ki, Eldəniz Lahıcov İcra hakimiyyəti başçısının müavini olan zaman ABŞ səfirliyi üçün ayrılan torpaq sahəsinin alqı-satqısı zamanı vətəndaşları aldatmaqda günahlandırılaraq məhkəmənin qərarı ilə azadlıqdan məhrum edililib. 12 avqust 1954-cü ildə anadan olan Eldəniz Lahıcov Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmənin 5 sentyabr 2003-cü il tarixli hökmü ilə məhkum edilib. 8 il həbs həyatı yaşayan Lahıcov Prezident İlham Əliyevin 26 may 2011-ci il tarixli əfv sərəncamı ilə azadlığa buraxılıb.
Eldəniz Lahıcovun təsisçisi olduğu “Lespromınvest” şirkəti Rusiyada taxta, tikinti materialları və sanitar avadanlıqların topdan satışı ilə məşğul olur. Şirkət ötən ilin iyul ayına kimi Rusiya Federasiyasının Kareliya Respublikasında fəaliyyət göstərən “Kareliya DSP” zavoduna sahib olub. Taxta emalı ilə məşğul olan zavod pandemiya zamanı iflas edib. Kareliya mətbuatının yazdığına görə 2020-ci ildə zavodun 200 milyon rubl borcu olub. Əməkhaqqını ödəyə bilmədikləri üçün barələrində cinayət işi açılıb.
“Lespromınvest” şirkətinin sonuncu maliyyə hesabatında göstərilir ki, şirkət 2021-ci ildə 143 min rubl gəlir əldə edib. Bu göstərici 2020-ci illə müqayisədə 885 dəfə azdır. Belə ki, şirkətin 2020-ci ildəki gəliri 127 milyon rubl olub.
Rusiyada Eldəniz Lahıcov və oğlu Fuad Lahıczadənin hər birinin 20% pay sahibi olduğu daha bir şirkət – “Efaso” 2020-ci ilin iyun ayında təsis olunub və bu ilin aprel ayının 29-da ləğv edilib.
Eldəniz Lahıcovun biznesi Rusiya ilə məhdudlaşmır. Sabiq vitse-merin oğlu Fuad Lahıczadənin direktoru olduğu “İmexpo LDT” MMC isə 2018-ci ilin may ayında dövlət qeydiyyatına alınıb.
Paylaş:
Müəllif : Fuad
Tarix:4-07-2022, 14:52
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər