reklam
Regionxeberlericom.az » Araşdırma » "Yıxılıb və ya dava edib" - Şəhid qardaşı barədə yeni açıqlama

reklam

"Yıxılıb və ya dava edib" - Şəhid qardaşı barədə yeni açıqlama

















Daxili İşlər Nazirliyi (DİN) Ağsu şəhər sakini, şəhid qardaşı Gülxan Quliyevin guya polis zorakılığına məruz qalması barədə sosial şəbəkələrdə yayılan məlumatlarla bağlı daha bir açıqlama yayıb.

Nazirliyin mətbuat xidmətinin Şəki regional qrupundan Yeniavaz.com-a verilən xəbərə görə, iyulun 4-də Ağsu rayonunun Qaraqaşlı kəndi ərazisində baş vermiş yol-nəqliyyat hadisəsi ilə əlaqədar hadisə yerinə gələn polis əməkdaşları xidməti vəzifələrini icra edərkən həmin vaxt orada olan 25 yaşlı Gülxan Quliyev sərxoş vəziyyətdə, məsələnin ona aidiyyəti olmadığı halda ucadan nalayiq ifadələr işlədib: “Bu da ətrafdakıların haqlı narazılığına səbəb olub. O, nizam-intizama dəvət edilsə də, buna məhəl qoymayıb və xırda xuliqanlıq hərəkətlərini davam etdirərək polis əməkdaşına məxsus avtomobilə zərər yetirib.

Gülxan Quliyev şöbəyə dəvət edilib və barəsində protokol tərtib edilərək məhkəməyə göndərilib. Məhkəmənin qərarı ilə o, 200 manat cərimə edilib.

Buna baxmayaraq, spirtli içki alüdəçisi olan Gülxan Quliyev öz qanunsuz əməllərini davam etdirib”.

Qeyd olunub ki, adı çəkilən şəxs bundan əvvəl də bir sıra qanunsuz əməllər törədib. Belə ki, 2021-ci ildə sərtləşdirilmiş karantin rejimi dövründə, şəhər ərazisindəki kafelərin birində gecə saat 03 radələrinə təşkil etdiyi əyləncə məclisində bir qadını təhqir etdiyinə görə saxlanılaraq barəsində protokol tərtib edilib.

Cari ilin aprel ayında G.Quliyev atasına məxsus xırdabuynuzlu heyvanları ondan xəbərsiz sataraq pulunu mənimsəyib və bundan sonra ata-oğul arasında mübahisə yaranıb. Mübahisə zəminində G.Quliyev atasına xəsarət yetirməyə cəhd edib, onun avtomobilinə zərər vurub və atasının şikayəti əsasında barəsində inzibati qaydada tədbir görülüb: “Gülxan Quliyevin belə qanunazidd hərəkətlərini sadalamaqla bitən deyil. O, hər dəfə profilaktik söhbətlər aparılmasına və yaxud qanunun tələbləri izah olunmasına baxmayaraq, bundan nəticə çıxarmayıb.

Gülxan Quliyevə polis əməkdaşları tərəfindən fiziki güc tətbiq edilməsi ilə bağlı səsləndirilən iddialar isə tamamilə əsassızdır. Sifətindəki xəsarətlərə gəlincə, daim sərxoş vəziyyətdə olan Gülxan Quliyev həmin xəsarətləri yıxılması və ya digər şəxslə dava etməsi nəticəsində də ala bilər”.

Qeyd edək ki, sosial şəbəkələrdə Ağsuda Vətən Müharibəsində şəhid olan Vüqar Quliyevin qardaşı Gülxan Quliyevin polis əməkdaşları tərəfindən döyülməsi ilə bağlı məlumatlar yayılıb.




Paylaş:


Müəllif : Tarix:
7-07-2022, 12:22
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər