reklam
Regionxeberlericom.az » Araşdırma » Telefon söhbəti kimin təşəbbüsü ilə olub?

reklam

Telefon söhbəti kimin təşəbbüsü ilə olub?















Ötən gün Ermənistanın baş naziri Nikol Paşinyanla Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan arasında telefon danışığı olması barədə məlumat yayılıb. Paşinyan Türkiyə prezidentini Qurban bayramı, Türkiyə prezidenti isə öz növbəsində Vardavar bayramı münasibətilə Paşinyanı təbrik edib.

Bu barədə “Hraparak” qəzeti yazıb.

Erməni nəşri mövzunu inkişaf etdirərək yazır:

“Biz telefon danışığının kimin təşəbbüsü ilə baş verdiyini öyrənməyə çalışdıq, lakin hökumət rəsmi açıqlamadan başqa şərhlərinin olmadığını bildirdi. Bununla belə, öyrənə bildik ki, telefon danışığı ilə bağlı razılıq daha əvvəl və tərəflərin heç birinin təşəbbüsü ilə deyil, münasibətlərin tənzimlənməsi prosesi çərçivəsində əldə olunub.

Yeri gəlmişkən, eyni mətn Türkiyə prezidentinin rəsmi saytında, təbii ki, məlumat türk dilində də yerləşdirilib. Mətn razılaşdırılıb, yalnız bundan sonra payladılar.

Söz düşmüşkən, Rusiya prezidenti ilə telefon danışıqları zamanı tez-tez olur ki, erməni tərəfi bir məlumat yayır, Kreml isə bir qədər fərqli informasiya təqdim edir”.




Paylaş:


Müəllif : Tarix:
12-07-2022, 12:06
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər