Eldar Əzizov Abdin Fərzəliyevi “tənqid atəş“inə tutdu – İcra başçısı iclası nümayişkaranə şəkildə tərk etdi
Bakının mərkəzində, Nərimanov rayonunda bir çox küçələrin bərbad vəziyyətdə olması Bakı merinin iradına səbəb olub və bu irad Nərimanovun başçısının heç də xoşuna gəlməyib.
Eldar Əzizov Bakı Şəhər İcra Hakimiyyəti başçısı vəzifəsinə təyin edildikdən sonra ilk işi paytaxt meriyasının daxilində islahatlar həyata keçirtmək oldu. Özünə yeni komanda formalaşdıran Bakının icra başçısı paytaxtın küçələrini gəzir və abadlıq işlərinə də bəzən şəxsən özü nəzarət edir.
AzFakt.com-a daxil olan məlumata görə bir neçə gün öncə Eldar Əzizovun yanında keçirilən iclasda heç kəsin gözləmədiyi halda Abdin Fərzəliyevin rəhbərlik etdiyi Bakının Nərimanov rayonununu tənqid “atəş”inə tutub. Eldar Əzizovla münasibətləri çox yaxşı olan Abdin Fərzəliyevin paytaxt merinin bu hərəkətindən “şok vəziyyətə” düşdüyü bildirilir. Adının çəkilməsini istəməyən İcra Hakimiyyətindəki mötəbər mənbənin iddiasına görə Eldar Əzizovun Nərimanov rayonunu “tənqid atəş”inə tutmasının səbəbi Abdin Fərzəliyevin icra başçısı oduğu rayonundakı əksər küçələrin bərbad halda olması ilə bağlı olub.
Bakı merinin iradına cavab olaraq Abdin Fərzəliyev həmin küçələrdə pilot layihə tikinti işlərinin həyata keçirildiyi üçün ağır tonnajlı avtomobillərin daim hərəkət etdiyini və buna görədə bərbad vəziyyətin yarandığını deyib. Abdin Fərzəliyevin verdiyi cavabı qənaətbəxş hesab etməyən Eldar Əzizov Nərmanov İcra Hakimiyyəti rəhbərliyini məsuliyyətsizlikdə günahlandırıb.
AzFakt.com-a verilən məlumata görə Bakı merindən bu cür tənqidə dözümsüzlük nümayiş etdirən Abidin Fərzəliyev nümayişkaranə bir şəkildə iclası tərk edib.
Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.
Paylaş:
Müəllif : Redaktor
Tarix:15-03-2019, 14:08
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Redaktor
Tarix:15-03-2019, 14:08
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
Dünən, 11:45
Magistral yolların keçdiyi rayonlarda yeni trend: Topraq sahələri kütləvi satışa çıxarılır
Dünən, 11:24
“Sahil Babyev, gəl sənə göstərim ki, biz sakinlərə necə xəstə heyvan verirlər!” – KƏLBƏCƏR SAKİNİNDƏN MÜRACİƏT / VİDEO, FOTO
Dünən, 11:18
Sumqayıtda milyonların talanmasında iştirakçı olan “Saffira Plus” MMC -nin fəaliyyəti niyə yoxlanılmır
Dünən, 11:07
İşçilərin maaşı ilə özünə “imperiya” quran dələduz şirkət rəhbəri QAÇDI - İLGİNC FAKTLAR...
20-12-2024, 21:08
Türkiyənin Suriya üçün göndərəcəyi 75 min ərzaq bağlamasının ilk partiyası yola salındı
20-12-2024, 14:01
Tiktoker Benizin zərərçəkəni hüquq-mühafizə orqanlarına müraciət etdi - 836 min manatdan çox pulunu hissə-hissə ələ keçirib
20-12-2024, 13:48
Ölkəmizə son illər iribuynuzlu heyvanlar HARADAN və NECƏ gətirilir? - “Dana monopoliyası” "kralı"na niyə DUR deyən tapılmır...?
20-12-2024, 12:09
Dünya çempionu 2,5 milyon pul qoyduğu obyektdən çıxarılır - İşin arxasında keçmiş məmur dayanır? - FOTO
20-12-2024, 10:16
Zaqatala sakinlərinin problemi nə vaxt HƏLL olunacaq? - Yararsız yollar, işləməyən avtobuslar...
19-12-2024, 14:24