Ukraynada saxlanılan azərbaycanlıların məhkəməsi keçirilib
Ukraynada saxlanılan azərbaycanlıların məhkəməsi keçirilib.
“Report”un Şərqi Avropa bürosunun məlumatına görə, ərəb mənşəli İspaniya vətəndaşı olan şəxsin şikayəti üzrə Qasımlı Misir Elman oğlu və Quliyev Sübhan Babək oğlunun işinə Kiyev vilayətinin Obuxov rayon məhkəməsində baxılıb.
Məhkəmə iclasının yekununda prokuror Rinat Kuzmenko təqsirləndirilən şəxslərin ittiham edildikləri maddələri (xuliqanlıq, adam oğurluğu, qanunsuz silah gəzdirmə maddələri) elan edərək saxlanılanlara 8 ildən 15 ilə qədər iş istəyib.
Məhkəmədə Ukrayna Azərbaycanlılarının Birləşmiş Diasporunun nümayəndəsi çıxış edərək ittiham olunan şəxslərin zaminə buraxılmasını xahiş etsə də məhkəmə bu xahişi nəzərə almayıb.
Proses üzrə növbəti məhkəmə iclası sentyabrın 12-nə planlaşdırılıb.
Misir Qasımlının bacısı Nəzakət Qasımovanın iddiasına görə, bu işin gedişinə ermənilər müdaxilə etdiyindən məhkəmə prosesi 1 ildir uzanır. Onun sözlərinə görə qardaşının müharibə zamanı çəkdiyi videolar ermənilər tərəfindən qıcıqla qarşılanıb.
Paylaş:
Müəllif : Fuad
Tarix:14-07-2022, 15:36
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər