reklam
Regionxeberlericom.az » Araşdırma » “Aİ-95” ilə “Aİ-92”ni qarışdıranların NƏZƏRİNƏ: Sizi hansı “sürprizlər” gözləyir? - AÇIQLAMA + FOTO

reklam

“Aİ-95” ilə “Aİ-92”ni qarışdıranların NƏZƏRİNƏ: Sizi hansı “sürprizlər” gözləyir? - AÇIQLAMA + FOTO











Bir neçə gündür xarici ölkələrdən Azərbaycana idxal edilən “Aİ-98” super və “Aİ-95” premium markalı benzinlərin qiymətində dəyişiklik edilib. Müvafiq olaraq dəyişikliyə əsasən, cari ilin iyul ayının 13-dən “Aİ-95” premium markalı benzinin satışı 2,00 AZN-dən, “Aİ-98” markalı benzinin satışı isə 2,30 AZN-dən həyata keçirilməyə başlanıb.

Benzin qiymətlərinin dəyişməsi sürücülər arasında narahatlığa səbəb olub. Bu günə qədər avtomobilinə “Aİ-95” premium markalı benzin istifadə edənlər qeyri-adi “çıxış yolu” tapıblar. Onlar büdcəyə “qənaət” məqsədilə “Aİ-95” ilə “Aİ-92” markalı benzini qarışdırmağa başlayıblar. Bu isə nəqliyyat vasitələrinin sıradan çıxmasına səbəb olur. Xüsusilə, bu gün yerli bazarda “Chevrolet”, “Ford”, BMW”, “Toyota” markalı avtomobillərə üstünlük təşkil edir. Düşünürəm ki, təqdim edəcəyimiz məqam məhz həmin nəqliyyat vasitələrindən istifadə edən sürücülər üçün kifayət qədər maraqlı olacaq.  

Bəs əslində “Aİ-95” və “Aİ-92” markalı benzinlərin qarışdırılması mühərrikləri sıradan çıxarırmı? Bu, nəqliyyat vasitəsinə nə kimi ziyan vura bilər?

Məsələ ilə bağlı Oxu.Az-a açıqlama verən nəqliyyat vasitələri üzrə texniki mütəxəssis Əli Sultanov deyir ki, yanacaqların qarışdırılması anlayışı yalnız Azərbaycana məxsusdur:

“Ümumiyyətlə yanacaqların qarışdırılması anlayışı yoxdur. Dünyanın heç bir ölkəsində sürücülər belə “alternativlərə” əl atmır. Bunu bəzi “ustalar” tövsiyə edir, məsləhət verir ki, onu buna qarışdır, bir az qənaət et. Amma nəqliyyat vasitələri istehsalçı tərəfindən hansı oktanlı yanacaq istifadəsi üçün nəzərdə tutularaq istehsal edilirsə, onunla da təmin edilməlidir. Mühərrik aşağı oktanlı yanacaqla istifadə üçün nəzərdə tutularaq istehsal edilirsə (“Aİ-92”), ona başqa yanacaq istifadə etmək tövsiyə edilmir. İstehsalçı avtomobili istehsal edərkən düşünmür ki, nə vaxtsa benzin qiymətləri artacaq (azalacaq), sürücülər yanacaq növünü dəyişəcək. Belə bir qayda yoxdur. Yanacağı qarışdırmaqdansa, yanacağa qatılan yağlardan istifadə etmək daha məqsədəuyğundur”.

“Fərqli oktanlı yanacaqları qarışdıran zaman nəqliyyat vasitəsinə ziyan dəyə bilər. İsti hava şəraiti ilə əlaqədar olaraq bu zaman avtomobillərdə yanma kamerasında temperaturun həddən artıq yuxarı olması porşenləri yandıra, sorma klapanlarında problemlər yarana, eləcə də mühərrikdə xaric etmə sistemlərində-katalizatorlarda nasazlıqlar yaşana bilər”,- deyə mütəxəssis qeyd edib.

Bəs yanacaq qatqılarından hansı daha keyfiyyətlidir? Ümumiyyətlə avtomobil sahibləri nə üçün yanacaq qatqılarından istifadəyə üstünlük vermir?

Texniki mütəxəssis Əli Sultanov bildirib ki, yanacaq qatqılarına üstünlük verməyən avtomobil sahiblərinin ümumiyyətlə avtomobildən, daxili yanma mühərriklərindən anlayışı yoxdur:

“Bu gün bazarda müxtəlif yanacaq qatqıları var. Mənşəyi məlum olmayan qatqılardan istifadə etməkdənsə, etməmək daha yaxşıdır. Lakin bu gün bazarda laboratoriyalarda hazırlanma prosesini gördüyümüz yanacaq qatqıları var. Onlardan yaxşıları bazarda da satışı olan Almaniyanın və Belçikanın yanacaq qatqılarıdır”.




Paylaş:


Müəllif : Tarix:
15-07-2022, 16:53
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər