Elvin Cəfərovun anasının iddialarına - Rəsmi cavab
Sabirabadda özünü yandıraraq intihar edən qazi Elvin Cəfərovun anası Ruqiyyə Cəfərova övladının niyə bu addımı ata biləcəyi ilə bağlı sualı cavablandırıb. Onun iddiasına görə, oğlu pensiyasının kəsildiyini, yerli qurumlardan kifayət qədər diqqət görmədiyini bildirib. Rəsmi qurumlar qazi anasının iddialarına aydınlıq gətiriblər, məsələ ilə bağlı növbəti dəfə açıqlama veriblər.
Belə ki, R.Cəfərova yas mərasimi zamanı Meydan TV-yə açıqlamasında bildirib ki, artırılacağı deyilərək son iki ayda oğluna təyin olunan pensiya tamamilə kəsilib, kartı harasa göndərilib. Ananın sözlərinə görə, o, işə nazirlik tərəfindən deyil, öz təşəbbüsü ilə düzəlib: “Burda deyirlər ki, məni icra, DOST mərkəzi işə düzəldib. Mən özüm işə düzəlmişəm. Kasıblığıma görə hörmət edib, işə götürüblər”.
Qazi Elvin Cəfərovun qardaşı Elnur Cəfərov isə qardaşına şəhid statusu verilməsini istəyib. “Mənim qardaşıma şəhid status verilsin, ruhu şad olsun... ”
"Qafqazinfo" ailənin iddiaları ilə əlaqədar yenidən rəsmi qurumlara sorğu ünvanlayıb. Dövlət Məşğulluq Xidmətinin mətbuat xidmətinin rəhbəri Əsmər Nəcməddinqızı mövzu ilə bağlı saytımıza belə açıqlama verib: “Cəfərova Ruqiyə Musa qızının müraciəti ilə bağlı bildiririk ki, vətəndaş Dövlət Məşğulluq Agentliyi tərəfindən həm özünüməşğulluq proqramına cəlb olunaraq aktivlərlə, həm də məşğulluq orqanının göndərişi əsasında işlə təmin olunub.
Ona 6 iyul 2021-ci ildə 16 saylı Ərazi Məşğulluq Filialı tərəfindən proqram çərçivəsində mal-qara və 400 kq yem təqdim edilib. Daha sonra isə məşğulluq filialı tərəfindən Ruqiyə Cəfərovaya iş yerinə göndəriş verilib və onun 8 avqust 2021-ci tarixində işəgötürən ilə əmək müqaviləsi imzalanıb. Qeyd edim ki, Cəfərov Elvin Zakir oğlu da Dövlət Məşğulluq Agentliyi tərəfindən öz razılığı əsasında ictimai iş ilə təmin olunmuşdu. Allah qazimizə rəhmət etsin. Onun ailəsinin sosial təminatı bundan sonra da diqqətimizdə olacaq”.
Şikayətlə bağlı Dövlət Sosial Müdafiə Fonduna da müraciət etdik. Sorğumuzu qurumun İctimaiyyətlə əlaqələr departamentinin müdiri Rəşad Mehdili cavablandırıb. Onun sözlərinə görə, mərhum qaziyə olunan ödənişlərdə hər hansı problem olmayıb: “İlk növbədə qazimizə Allahdan rəhmət diləyirik və bildiririk ki, bundan sonra da onun ailəsinin sosial təminatı diqqətimizdə olacaq. Əslində məsələ ailə üzvlərinin qeyd etdiyi kimi deyil. İyun ayı da daxil olmaqla qazimizin ödənişində hər hansı problem olmayıb. Qazimizə 30.06.2022-ci il tarixinədək 420,00 manat məbləğində təqaüd və müavinət ödənilib.
Bundan başqa, qazimizin pensiya hüququ olan 3 ailə üzvünə də 886,50 manat məbləğində ailə başçısını itirməyə görə pensiya təyin ediləcək. Həmçinin ailəyə 720 manat məbləğində dəfn üçün müavinət ödəniləcək”.
Xatırladaq ki, bir neçə gün əvvəl Sabirabadda özünü yandıraraq intihara cəhd edən qazi Elvin Cəfərov ağır vəziyyətdə Respublika Yanıq Mərkəzinə yerləşdirilib. 35 yaşlı qazi orada dünyasını dəyişib. O intihar etməzdən öncəki son videosunda Sabirabad rayon icra başçısının qəbuluna düşə bilmədiyini bildirmişdi. Sabirabad Rayon İcra Hakimiyyətinin rəhbəri Siraqəddin Cabbarov isə dəfələrlə mərhum qazi ilə görüşdüyünü, problemlərini dinlədiyini demişdi.
Baş Prokurorluğun hadisə ilə bağlı yaydığı açıqlamada bildirilib ki, E.Cəfərovun özünü yandıraraq intihar etməsi faktı ilə bağlı hazırda Sabirabad Rayon Prokurorluğunda araşdırma aparılır.
Lamiyə Məmmədova
Paylaş:
Müəllif : Fuad
Tarix:19-07-2022, 10:47
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər