"Bizim əlimizdə olan sənədlər tam sübuta yetirilir ki..." - QALMAQAL
Dünən Bakı Kommersiya Məhkəməsi tərəfindən əməkdar artist, Dövlət Pantomima Teatrının direktoru Elman Rəfiyevin ölkədən çıxışına qadağa qoyulub. İddiaya görə, teatrın dövlətə 150 min manatdan çox vergi borcu yaranıb. Dövlət Vergi Xidməti tərəfindən borcun ödənilməsi ilə bağlı məhkəmədə iddia qaldırılıb. Hakim Aytən Əliyevanın sədrliyi ilə keçirilən prosesdə iddia təmin olunub.
Dövlət Pantomima Teatrının səlahiyyətli şəxsi Elman Rəfiyev olduğu üçün onun Azərbaycan sərhədlərindən kənara çıxışı müvəqqəti məhdudlaşdırılıb.
Məsələ ilə bağlı Dövlət Pantomima Teatrının direktoru Elman Rəfiyevlə əlaqə saxladıq. RegionXəbərləricom.az-ın məlumatına görə, o, Bizimyol.info xəbər portalına açıqlamasında bildirdi ki, nə teatrın, nə də özünün vergi borcu yoxdur.
“Mənim və Pantomima Teatrının heç kimə borcumuz yoxdur. Hər şey qaydasındadır. Bu sadəcə Vergi İdarəsinin düzgün işləməmək səbəbindən, bəyannamələri düzgün hesablamamaları səbəbindən bu cür rəqəm şişirdib, sadəcə bir şou düzəldiblər. Bizim əlimizdə olan sənədlər tam sübuta yetirilir ki, onların dedikləri bütün bu məsələlər yanlışdır” - deyə Elman Rəfiyev qeyd edib.
Aktyor bildirib ki, məhkəmənin keçirilməsi, qərarın verilməsi ilə bağlı ona heç bir bildiriş göndərilməyib: “Adətən məhkəmə keçirilən zaman tərəflərə bildiriş göndərilməlidir. Amma bu məhkəmə barədə nə mənə, nə baş müsahibə heç bir bildiriş göndərilməyib. Qərar çıxarıb, mətbuata ötürürlər. Məni mətbuat vasitəsilə belə şəkildə tanıtdıqları üçün mən Vergilər İdarəsini məhkəməyə verəcəyəm. Şərəf və ləyaqətimə vurulan zərərə görə təzminat tələb edəcəyəm”...
Həqiqətən də çox maraqlıdır Vergilər İdarəsi salonu 40 nəfərlik olan bir kiçik teatr üçün hansı əsasla 150 min manat vergi borcu hesablayıb?! Borcu yazan qurum şəffaflığı ilə bağlı da mətbuat üçün açıqlama hazırlamalıdır. Əks halda bu fakt birmənalı qarşılanmayacaq.
Qeyd edək ki, Pantomim Teatrı Dövlət teatrdır, Elman Rəfiyevin şəxsi biznesi deyil. Dövlət qurumunun vergi borcuna görə şəxsin ölkədən çıxışına "STOP" qoymaq, habelə bunu məqsədli şəkildə ictimailəşdirmək, müvafiq qurumun qeyri-peşəkarlığının bariz nümunəsidir.
Xatırladaq ki, bir müddət əvvəl iqtisadçı Əkrəm Həsənov Bizimyol.info xəbər portalına açıqlamasında bildirmişdi ki, Azərbaycanda məhkəmələr ədalətsizdir. Bu da Əkrəm müəllimin açıqlamasının sübutu!
Paylaş:
Müəllif : Fuad
Tarix:21-07-2022, 09:38
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər