AZAL prezidentinin həyat yoldaşına məxsus bankın gəlirləri 105 dəfə azalıb
Bu ilin ilk 2 rübü ərzində "Premium Bank” ASC-nin xalis mənfəəti 78 min manat olub.
Ötən ilin eyni dövrü ilə müqayisədə bankın mənfəəti 105 dəfə azalıb.
Belə ki, 2021-ci ilin ilk 2 rübü ərzində "Premium Bank”ın xalis mənfəəti 8 milyon 225 min manat olub.
Məlumat üçün bildirək ki, "Premium Bank”ın əsas səhmdarı olan Zərifə Həmzəyeva son zamanlar yüksək bilet qiymətlərinə görə tənqid olunan “Azərbaycan Hava Yolları” (AZAL) Qapalı Səhmdar Cəmiyyətinin prezidenti Cahangir Əsgərovun həyat yoldaşıdır.
Hazırda bank səhmlərinin 84,5%-i Zərifə Həmzəyevaya məxsusdur. Bu isə o deməkdir ki, “Premium Bank” ASC-də Zərifə Həmzəyevaya məxsus 130,6 milyon manat var.
Onu da bildirək ki, “Premium Bank” 1993-cü ildə “AZAL Bank” adı ilə yaradılıb. 2008-ci ildə adı dəyişdirilərək “Silk Vey Bank” olub. 2018-ci ildə bankın adı yenidən dəyişdirilib və “Premium Bank” adlandırılıb.
Paylaş:
Müəllif : Fuad
Tarix:23-07-2022, 15:48
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər