reklam
Regionxeberlericom.az » Araşdırma » Fəzail Ağamalının oğlunu məhkəməyə verdilər- Səbəb

reklam

Fəzail Ağamalının oğlunu məhkəməyə verdilər- Səbəb

















İqtisadiyyat Nazirliyi Yanında Dövlət Vergi Xidmətinin 5 saylı Ərazi Vergilər İdarəsi “La Vida” MMC barəsində məhkəmə iddiası qaldırıb.

Məhkəmə iclasının sabah - 27 iyul 2022-ci il tarixində Bakı Kommersiya Məhkəməsinin hakimi Ülkər Həsənovanın sədrliyi ilə keçiriləcəyi bildirilir. 

Məlumat üçün bildirək ki, məhkəmə iddiası vergi ödəmələri barədə mübahisələrlə bağlıdır. 

Qeyd edək ki, bu günə olan məlumata görə “La Vida” MMC-nin dövlət büdcəsinə 4 min 137 manat 70 qəpik vergi borcu var.

“La Vida” MMC 13.12.2004-cü il tarixində dövlət qeydiyyatına alınıb. Nizamnamı kapitalı 10 manat olan MMC-nin hüquqi ünvanı Nərimanov rayonu, Teymur Əliyev, ev 67/71, m. 114-də yerləşir. MMC-nin qanuni təmsilçisi millət vəkili Fəzail Ağamalının oğlu Elçin Ağamalıdır.

Onu da bildirək ki, təxminən bir ay əvvəl Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsi Nəsimi rayonu, 999-cu məhəllə, Akademik Həsən Əliyev küçəsi 12 D ünvanında yerləşəcək ümumi sahəsi 617,24 kv. metr olan obyektin tikintisi üçün Fəzail Ağamalının qızı Günay Ağamalıya icazə verib.

Bu barədə aşağıdakı linkdən daha ətraflı tanış ola bilərsiniz:

Fəzail Ağamalının qızı Bakıda böyük obyekt tikdirir – Fotofakt





Paylaş:


Müəllif : Tarix:
26-07-2022, 15:37
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər