reklam
Regionxeberlericom.az » Araşdırma » Kamran Əliyev reket jurnalistikadan DANIŞDI - VİDEO

reklam

Kamran Əliyev reket jurnalistikadan DANIŞDI - VİDEO
















“Mənə elə gəlir ki, bəzən sosial media istifadəçiləri, mətbu orqanların əməkdaşları özlərini tam hazırlıqlı hüquqşünas kimi hesab edirlər. Hüquqi məsələlərdə bəzi mürəkkəb məqamlarla bağlı o dərəcədə asanlıqla rəy verib, qəti fikirlər səsləndirirlər ki, bu, yolverilməzdir”.

Bu fikirləri “Real TV”yə müsahibəsində baş prokuror Kamran Əliyev deyib.

O bildirib ki, hüquq - kifayət qədər mürəkkəb elmdir:

“Hüquqi məsələlərdə sübutlar, onların təhlili, qiymətləndirilməsi prosesləri kifayət qədər çoxşaxəlidir. Müstəntiqlər, prokurorlar, hakimlər tərəfindən bu məsələlərə zaman ayrılır. İşin incəliklərini bilmədən, sübutları bilmədən şərh vermək olmaz. Məsələn, Tərtər işi ilə bağlı elə fikirlər irəli sürülür ki, bu, yolverilməzdir. Düşünürəm ki, bu kimi halların qarşısını almaq üçün biz müəyyən tədbirlər planı hazırlamalıyıq. Bu planı da media orqanları ilə birgə həyata keçirməliyik”.

K.Əliyev reket jurnalistika ilə bağlı da fikirlər səsləndirib:

“Düşünmürəm ki, reketlik təkcə jurnalistikaya aiddir. Bu, şərti bir termindir. Əslində, burada söhbət hədə-qorxu və tələbetmədən gedir. Bəzən jurnalistlər kimi fəaliyyət göstərdiyini deyənlər, eləcə də sosial media istifadəçiləri tərəfindən bu məqamlara yol verilir. Reket deyilən anlayışın qanunda öz maddəsi var, belə ki, Cinayət Məcəlləsinin hədə-qorxu ilə tələbetmə maddəsi ilə tənzimlənir. Bu, təkcə jurnalistikada deyil, digər sahələrdə də müşahidə edilən cinayətkar fəaliyyət kimi qiymətləndirilir. Bu kimi faktlar aşkarlandıqda həmin şəxslər məsuliyyətə cəlb edilirlər”.




Paylaş:


Müəllif : Tarix:
28-07-2022, 14:45
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər