reklam
Regionxeberlericom.az » Araşdırma » “Polis dedi ki, 1000 manat verməlisən, səs yazısı da var” - Açıqlama

reklam

“Polis dedi ki, 1000 manat verməlisən, səs yazısı da var” - Açıqlama














Bir müddət öncə Şəmkirdə iş adamı Arzu Cabbarovun ölümündə adı hallanan polis əməkdaşı Etibar Yaqubov haqda daha bir şikayət var.

Belə ki, Şəmkir sakini Kamil Abdullayev müraciət edərək iddia edib ki, adıçəkilən polis ondan qanunsuz olaraq 1000 manat tələb edir: “Rayonda marketim var. İyulun 12-də yasa getdiyim üçün 14 yaşlı bacım oğlunu dükanda nəzarətçi qoydum. Həmin gün marketə bir qadın gəlib və guya oğlan ona söz atıb. Həmin vaxt qonşumuz Kamil Əliyev də orada olub və qadına oğlanın belə bir hərəkət etmədiyini deyərək onu sakitləşdirməyə çalışıb. Bir gün sonra mən marketdə olanda Etibar və Ruslan adlı polis əməkdaşları gəldilər. Etibar dedi ki, sənin haqda 102-yə şikayət olunub, burada qadına sataşıbsınız. Etibar mənlə qonşum Kamili şöbəyə apardı, orada izahatımda da belə bir hadisə olmadığını qeyd etdim. Sahə müvəkkili Elnurla danışdı, sonra bizə dedilər ki, siz həbs ediləcəksiniz. Etibar dedi ki, “1000 manat sən ver, qonşun Kamil də 500 manat versin, bu söhbət bağlansın”.

Şöbənin qarşısına çıxıb 102-yə şikayət etmək istəyirdim ki, həmin qadından zəng gəldi. Dedi ki, “sən elə bilirsən şöbədən canını qurtardın deyə məndən canını qurtara biləcəksən?”. Yenidən polis şöbəsinə qayıdaraq Etibar Yaqubova dedim ki, bu qadın mənim buradan çıxdığımı hardan bilir? Bəs deyirsiz qadın 102-yə zəng etmişdi. Etibar dedi, “Elnurun öz telefonuna zəng edib deyib, narahat olma, deyərik bir də səni narahat etməz”. Bir gün sonra isə Etibar marketə gəlib yenə də 1000 manatı tələb etdi. Buna dair səs yazısı da var”.

K.Abdullayev bildirir ki, Etibar Yaqubovu mərhum iş adamı Arzu Cabbarovun ölüm işi ilə bağlı mediadan tanıyıb: “Onlar mənim də başıma belə bir oyun açdıqları üçün həmin ailəni axtarıb tapdım. Onlardan Etibarla bağlı şikayətlərinin nə yerdə olduğunu soruşdum. O polis həmin hadisədə cəzalandırılsaydı, indi bizə qarşı belə etməzdi”.

Xatırlatma: “Yeganə ilə rəis müavininin vatsap yazışması əlimizdədir” - Ölən iş adamının xanımı

"Qafqazinfo" K.Abdullayevin iddiaları və redaksiyamıza göndərdiyi səs yazısı ilə bağlı Daxili İşlər Nazirliyinə sorğu ünvanlayıb. Xidmətin Gəncə regional qrupunun baş inspektoru Eşqin Qasımov bildirib ki, hazırda məsələ ilə bağlı araşdırma aparılır: "Şəmkir rayon sakini olan bir qadın Rayon Polis Şöbəsinə müraciət edərək bildirib ki, rayon ərazisindəki mağazalardan birinə daxil olarkən Kamil adlı və bir nəfər yetkinlik yaşına çatmayan şəxs onun haqqında nalayiq ifadələr işlədərək gülüb. Bununla bağlı Şəmkir Rayon Polis Şöbəsində müvafiq araşdırmalar başlanılıb. Hazırda araşdırmalar davam etdirilir. Sözügedən səs yazısı ilə də bağlı müvafiq araşdırma başlanılıb. Araşdırmaların nəticəsindən asılı olaraq hər iki məsələyə hüquqi qiymət veriləcək".

Xatrladaq ki, Etibar Yaqubovla bağlı daha əvvəlki şikayətdə iş adamı Arzu Cabbarovun həyat yoldaşı iddia etmişdi ki, ərinin ölümündə E.Yaqubov və digər polis əməkdaşları günahkardır. Qadın ərinin polislər tərəfindən qurulan ssneari əsasında qolunun kəsilərək öldürüldüyünü iddia etmişdi. Daxili İşlər Nazirliyi isə iddianın əsassız və böhtan xarakterli olduğunu, Şəmkir rayonunda mərhum barədə yayılan qeyri-etik məzmunlu faktları ört-basdır etmək üçün ailənin ölümün səbəbkarı kimi Şəmkir RPŞ əməkdaşlarını göstərdiklərini demişdi.




Paylaş:


Müəllif : Tarix:
29-07-2022, 14:55
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər