reklam
Regionxeberlericom.az » Araşdırma » Qəbələ RLS sökülür? - Video

reklam

Qəbələ RLS sökülür? - Video

















Rusiya ordusu icarəyə götürdüyü Qəbələ radiolokasiya stansiyasından (RLS) gedəndən sonra ətraf kəndlərdə yaşayan camaatın canı şüalanmadan qurtulub, həyatları normallaşmağa başlayıb.

Bu barədə “Azadlıq Radiosu”nun Azərbaycan xidmətinin reportajında bildirilib.

Vurğulanıb ki, 10 ilə yaxındır Qəbələ RLS-dən rus hərbçiləri getsə də, bura nə təyinatı üzrə istifadə edilir, nə də sökülür.

Buna baxmayaraq ərazisi hərbi obyekt kimi qorunur, içəri heç kim buraxılmır.

Keçmiş Qəbələ RLS böyük bir ərazini əhatə edir. Yerli camaat istəyir ki, həmin ərazidən insanların faydası üçün istifadə olunsun.

Rayonun Vəndam kənd sakinləri Qəbələ RLS-in yenidən təyinatı üzrə istifadə olunmasını istəmirlər.

Qeyd edilib ki, 2014-cü ildə Qəbələ RLS Azərbaycan Silahlı Qüvvələrinin tabeliyindən çıxarılıb. O, hazırda İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri üzrə Dövlət Xidmətinin tabeliyindədir.

Daha ətraflı:




Paylaş:


Müəllif : Tarix:
2-08-2022, 13:58
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər