Ölkədən çıxarılan 5 milyardda 2 sabiq nazirin izi – Məhkəmədə açılıdı
Ölkədən milyardlar çıxarmaqda ittiham edilən şəxslərin məhkəməsi davam etdirilib. Bakı Ağır Cinayətlər Məhkəməsində külli miqdarda pulu leqallaşdırmada təqsirləndirilən Malik Əliyev və Rüfət Vəliyevin cinayət işi üzrə məhkəmə iclası keçirilib.
Hakim Azad Məcidovun sədrliyi ilə keçirilən sonuncu məhkəmə iclasında bir daha məlum olub ki, 2013-2015-ci illərdə 9 şirkətin adına ölkədən əsasən, “Azəriqazbank”, Beynəlxalq Bank vasitəsilə 5.5 milyard manat pul çıxarılıb. Amma həmin şirkətlər o dövrdə Vergilər Nazirliyinə verdikləri rüblük hesabatların hamısında fəaliyyətlərinin olmadığı göstərilib. Həmin zaman da nazir Fazil Məmmədov idi.
Vergilər Nazirliyi bu şirkətlərlə bağlı yoxlama təyin etsə də, on gün sonra o qərar ləğv olunub. Beləliklə, o şirkətlərin adına olan bank əməliyyatları ilə hesabatlar arasındakı ziddiyyəti araşdıran olmayıb.
Minval.info xəbər verir ki, məhkəmədə “Azəriqazbank”ın Monitorinq Mərkəzinin əməkdaşı Vüqar Quliyev məhkəmədə şahid kimi dindirilib. O deyib ki, banklarda ümumi qayda var, 20 min manatdan yuxarı istənilən əməliyyat barədə mütləq həm bankın özünün baş ofisi, həm də Mərkəzi Bank məlumatlandırılır. Bu, ümumi sistem-şəbəkə vasitəsilə həyata keçirilir.
Hakim ondan soruşub ki, bəs necə olub, bir gün ərzində 8-9 milyon manat pul çıxaran şirkət barədə heç bir araşdırma aparılmayıb?
Dindirmə zamanı o da məlum olub ki, adları çəkilən şirkətlərin pul köçürmələri zamanı 2005-2006-cı illərə aid müqavilələrdən, bəyannamələrdən istifadə olunub. Belə rəsmiləşdirilib ki, həmin dövrdə bağlanmış müqavilələr, alınmış malların pulu indi ödənilir. Bank əməkdaşından onu da soruşublar ki, 8-10 il əvvəl alınmış malın pulunun indi ödənilməsi necə olub ki, şübhə yaratmayıb?
Bundan başqa, müqavilədə Türkiyə şirkətinin adı göstərilsə də, vəsait Estoniyaya, yaxud Dubaya göndərilib.
Vüqar Quliyev əlavə edib ki, müştəri pul köçürmək istəyirsə, qanunla onlar müştərinin iş yerini, maliyyənin mənbəyini soruşa bilməzlər: “Həm də bu gün Suriyaya 50 avro pul köçürülməsi daha çox şübhə yarada bilər, nəinki 1 milyonluq valyutadəyişmə əməliyyatı”.
Məhkəmə Dövlət Sərhəd Xidmətindən də sorğu vasitəsilə məlumatlar alıb. Həmin məlumatlarla işdəki bank sənədlərinin müqayisəsində üzə çıxıb ki, təqsirləndirilən Rüfət Vəliyev ölkədə olmadığı vaxtlarda da onun adına olan şirkətlər vasitəsilə ölkədən böyük pullar çıxarılıb. Amma hələ ki, onun əvəzinə həmin bank sənədlərinə kimlərin imza atdığı məlum deyil.
Bu şirkətlərlə bağlı maliyyə əməliyyatları Beynəlxalq Bankda əsasən Nəqliyyat filialında həyata keçirilib. Ona görə də on ildən artıq həmin filialın baş mühasibi işləmiş, hazırda isə “Kapitalbank”da çalışan Afət Yusifova da məhkəmədə dindirilib.
Şahid deyib ki, şirkətlərin adına bank hesabları açılanda sənədləri təqsirləndirilən Rüfət Vəliyevin özü gətiribmiş: “Mən müştərilərlə birbaşa ünsiyyətdə olmurdum. Amma bildiyim qədər pulları da özü gətirirdi”.
A.Yusifova məhkəmədəı bir şirkətin eyni gündə 50-60 milyon pul çıxarması barədə izahat verə bilməsə də, onun istintaqdakı ifadəsi yadına salınıb.
Məlum olub ki, həmin ifadə isə belədir: “Məndə şübhələr yaranmışdı, ona görə filialın müdiri Kənan Orucova bu barədə demişdim. O bildirdi ki, “bank rəhbərliyinin bu barədə məlumatı var. Tapşırılıb ki, bu şirkətlərə heç bir maneə yaradılmasın”.
Daha bir şahid Rəhman Salmanov 2006-cı ildə “Elektromaş” şirkətini yaradıb. O deyib ki, Rusiyada işlədiyinə görə, iki ölkə arasında birgə biznes məqsədilə bu şirkəti yaradıb. Amma işlədə bilməyib, bağlamaq qərarına gəlib: “2012-ci ildə bağlamaq istəyəndə dedilər ki, kiməsə verə bilərsən. Sumqayıtda vergi idarəsinə getdim, orada sənədləşmə məsələsini həll elədilər, satdım. O vaxtdan xəbərim yoxdur heç nədən”.
Cinayət işinin materiallarında əmr var ki, R.Salmanov ümumi yığıncağın qərarı ilə təqsirləndirilən Rüfət Vəliyevi şirkətə direktor təyin edib. Şahid belə bir əmr vermədiyini, oradakı imzanın da ona məxsus olmadığını bildirib.
Məhkəmə iclası martın 27-də davam etdiriləcək.
Malik Əliyev “Royalbank”ın 10 saylı filialının direktor müavini işləyib. M.Əliyev eyni cinayət əməlinə görə, 2017-ci ildə 10 il müddətinə azadlıqdan məhrum edilib.
Bildirək ki, ittihama əsasən, “Royalbank”ın 10 saylı filialının keçmiş direktor müavini Malik Əliyev 2012-ci ilin əvvəlində Rüfət Vəliyevlə görüşüb.
Ona cinayət yolu ilə əldə olunmuş pulların leqallaşdırılmasını təklif edib. Rüfət Vəliyev özünü “Provision Group”, “İmpeks+”, “Blast”, “Qalaksi A”, “Asin Co. LTD”, “Primo A” və “İTEK” MMC-lərin direktoru kimi təqdim edib və guya xarici iqtisadi ticarət fəaliyyəti göstərəcəklərini, külli miqdarda dövriyyələri olacağını bildirib. Bunun üçün də“Azəriqazbank”ın filiallarının birində onlara otaq ayrılmasını istəyib.
M.Əliyev “Royalbank”da işlədiyi vaxtdan bəri tanıdığı Vidadi Əliyev, Ülkər Nəbiyeva və Arzu Əsgərovanı da işə cəlb edib.
İttihamda qeyd edilir ki, R.Vəliyev və istintaqa məlum olmayan şəxslərin gətirdiyi cinayət yolu ilə əldə edilmiş külli miqdarda pulları V.Əliyev sayıb, onların saxta olub-olmadığını yoxlayıb. Daha sonra həmin pullar adları qeyd olunan şirkətlərin hesablarına köçürülüb.
Sonra da xarici ölkələrin banklarındakı hesablara köçürülüb. Ü.Nəbiyev və A.Əsgərova R.Vəliyevin tapşırığı ilə xarici bankların hesablaşma nömrələri və köçürüləcək məbləği komputer vasitəsilə yazaraq çap edib M.Əliyevə təqdim ediblər. R.Vəliyev isə həmin sənədləri şirkətlərin möhürü ilə təsdiqləyib, imzaladıqdan sonra icra olunması üçün M.Əliyev və V.Əliyevə təqdim edib.
Rəsmi ittihama görə, M.Əliyev “Privion Group” MMC vasitəsilə 2014-cü ilin fevral ayından 2015-ci ilin oktyabr ayına kimi 839 milyon manat, “İmpeks+” MMC vasitəsilə 2013-cü ilin noyabr ayından 2015-ci ilin oktyabr ayına kimi 778 milyon manat, “Blast” MMC vasitəsilə həmin müddət ərzində 510 milyon manat, “Qalaksi A” MMC vasitəsilə 115 milyon manat, “Asin Co. LTD” vasitəsilə 79 milyon manat, “Primo A” MMC vasitəsilə 213,5 milyon manat, “İTEK” MMC vasitəsilə 129 milyon manat pulu müxtəlif xarici valyutalara konveriya edərək xarici ölkələrdə yaradılan şirkətlərin bank hesablarına köçürüb.
Qeyd edilən məbləğin təqsirləndirilən şəxsə aid olmadığı aydındır. Lakin məhkəmədə dəfələrlə sual verilsə də onlar kimlərin pulunu ölkədən çıxardıqlarını etiraf etməyiblər.
Paylaş:
Müəllif : Redaktor
Tarix:15-03-2019, 20:34
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Redaktor
Tarix:15-03-2019, 20:34
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
Dünən, 11:45
Magistral yolların keçdiyi rayonlarda yeni trend: Topraq sahələri kütləvi satışa çıxarılır
Dünən, 11:24
“Sahil Babyev, gəl sənə göstərim ki, biz sakinlərə necə xəstə heyvan verirlər!” – KƏLBƏCƏR SAKİNİNDƏN MÜRACİƏT / VİDEO, FOTO
Dünən, 11:18
Sumqayıtda milyonların talanmasında iştirakçı olan “Saffira Plus” MMC -nin fəaliyyəti niyə yoxlanılmır
Dünən, 11:07
İşçilərin maaşı ilə özünə “imperiya” quran dələduz şirkət rəhbəri QAÇDI - İLGİNC FAKTLAR...
20-12-2024, 21:08
Türkiyənin Suriya üçün göndərəcəyi 75 min ərzaq bağlamasının ilk partiyası yola salındı
20-12-2024, 14:01
Tiktoker Benizin zərərçəkəni hüquq-mühafizə orqanlarına müraciət etdi - 836 min manatdan çox pulunu hissə-hissə ələ keçirib
20-12-2024, 13:48
Ölkəmizə son illər iribuynuzlu heyvanlar HARADAN və NECƏ gətirilir? - “Dana monopoliyası” "kralı"na niyə DUR deyən tapılmır...?
20-12-2024, 12:09
Dünya çempionu 2,5 milyon pul qoyduğu obyektdən çıxarılır - İşin arxasında keçmiş məmur dayanır? - FOTO
20-12-2024, 10:16
Zaqatala sakinlərinin problemi nə vaxt HƏLL olunacaq? - Yararsız yollar, işləməyən avtobuslar...
19-12-2024, 14:24