reklam
Regionxeberlericom.az » Araşdırma » Xaricdən gətirilən buğdanın qiyməti 17 dollar ucuzlaşıb - Siyahı

reklam

Xaricdən gətirilən buğdanın qiyməti 17 dollar ucuzlaşıb - Siyahı


















Bu ilin ilk 7 ayı ərzində xaricdən Azərbaycana 429 min 806,11 ton buğda idxal olunub.

Aaçqılanan rəsmi məlumatda bildirilir ki, idxal olunan buğdanın gömrük dəyəri 154 milyon 660,17 min dollar təşkil edib.

Nəticədə ölkəyə gətirilən buğdanın 1 tonunun orta gömrük dəyəri 360 dollar olub.

İdxal olunan buğdanın ən yüksək qiyməti iyun ayında (1 ton/419,2 dollar) qeydə alınıb.

 

Tarix    Ümumi miqdarı    1 ton buğdanın dəyəri

Yanvar 2022    93 704,53 ton    346,6 $

Fevral 2022    56 893,03 ton    342,4 $

Mart 2022    32 266,61 ton    323,5 $

Aprel 2022    125 178,55 ton    342,5 $

May 2022    47 582,34 ton    394,7 $

İyun 2022    45 123,65 ton    419,2 $

İyul 2022    29 057,4 ton    402,1 $

Onu da qeyd edək ki, ötən il Azərbaycana xaricdən ümumi dəyəri 331 milyon 946 min dollar olan 1 milyon 148 min 101 ton buğda idxal edilib (1 ton/289 dollar).

Xatıraldaq ki, Azərbaycan buğdaya olan ehtiyacını daxili istehsal hesabına təmin edə bilmir. Azərbaycanda ərzaq məhsullarının istehsalı hər il təxminən 2,5 milyon ton buğdya ehtiyac olur. Bundan başqa toxum, mal-qara və quş yeni üçün də il ərzində 500-600 min ton buğdadan istifadə edilir. Azərbaycanda yerli istehsal isə təxminən 2 milyon tona yaxındır.




Paylaş:


Müəllif : Tarix:
17-08-2022, 15:56
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər