Gecə Quba xəstəxanasında nə baş verib? – Şikayət
“Valideynimə sistem qoşulması lazım olduğu halda, həkim mənə dərmanları "özümüzün" almağımızı tapşırdı”.
Bu şikayətlə Quba rayon sakini Anar Baxışov “Yeni Sabah”a müraciət edərək bildirib. O iddia edir ki, 17.08.2022-ci il tarixində atası Baxışov Nizami özünü pis hiss etdiyi üçün apardığı Quba rayon Diaqnostika mərkəzinin Təcili Tibbi Yardım şöbəsində həkim Kənan Pənahov tərəfindən sərt reaksiya ilə qarşılaşıb.
“Şöbəyə çatdıqda həkimin gəlməsi üçün bir müddət gözləməli olmağa məcbur qaldıq. Kamran doktor gəldikdən sonra şikayətimizi dinlədi, valideynimə sistem qoşulması lazım olduğunu bildirdi və mənə dərmanları özümüzün almağımızı, sistemi o halda qoşacaqlarını dedi.
Mən “niyə xəstəxanada dərman yoxdur? Xəstə gəlib, dərman yoxdur ki?” sualını verdikdə, Kamran həkimin cavabı dərhal və kəskin şəkildə “TƏBİB bizə dərman vermir, biz də, belə edirik” oldu.
Daha sonra onu şikayət edəcəyimi bildirdim, növbəti dəfə kəskin şəkildə “get kimə və hara istəyirsən şikayət elə” dedi. TƏBİB Quba rayon Diaqnostika mərkəzini, həmçinin Təcili Tibbi Yardım şöbəsini dərman təminatı ilə təmin etmir?” – deyə şikayətçi sual edib.
Şikayətlə bağlı TƏBİB-in mətbuat xidmətinə sorğu ünvanladıq. Xidmətdən verilən məlumata görə, şikayət araşdırılıb, Quba Rayon Mərkəzi Xəstəxanasıdan lazımi açıqlama alınıb və iddialar həqiqəti əks etdirmir. Xəstəxananın açıqlamasını nəzərinizə çatdırırıq:
“Baxışov Nizami Məmməd oğlu 17.08.2022-ci il tarixində saat 20:22də Quba RMX-nın Təcili tibbi yardım şöbəsinə müraciət edib. Qəbul zamanı vətəndaş ümumi halsızlıq, zəiflik və ishaldan şikayətçi olduğunu bildirib. İlkin müayinə zamanı vətəndaşın vəziyyətinin stabil olduğu təsbit edilib və ambulator müayinə təyin edilib.
Daha sonra vətəndaşın oğlu tərəfindən atasına təcili olaraq sistem köçürülməli olduğu əsas gətirilib, lakin müayinə həkimi tərəfindən N. Baxışovun hemodinamik göstəricilərinin stabil olduğu və bu səbəbdən də infuziyaya ehtiyac duyulmadığı vurğulanıb. Qeyd edək ki, şikayətdə əks olunan digər iddialar həqiqəti əks etdirmir”.
Paylaş:
Müəllif : Fuad
Tarix:19-08-2022, 15:25
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər