Büdcəni kolxoz bazarına çevirən şirkətlər...” – İş adamından şok açıqlama
Azərbaycanda dövlət qurumları tərəfindən elan edilən tenderlərin bir hissəsi yalnız nağdlaşdırma məqsədilə keçirilir.
FED.az-a açıqlamasında iş adamı «Neuron Technologies» şirkətinin sahibi İsmayıl Ələkbərov bildirib ki, hazırda dövlət satınalmaları üzrə keçirilən tenderlərdə qanunsuzluq baş alıb gedir, amma bununla bağlı çoxsaylı şikayətlərə baxmayaraq vəziyyət düzəlməyib.
«Dövlət büdcəsini kolxoz bazarına çevirən şirkətlər və onlara havadarlıq edənlər Azərbaycana, onun iqtisadiyyatına, dövlətçiliyinə, dövlət başçısına zərbə vurur. Mən neçə illərdir ki, dövlət satınalmalarında baş verən qanunsuzluqlarla bağlı silsilə həyəcan təbilləri vurmuşam, aidiyyatı qurumları dəfələrlə ayağa qaldırmışam, konkret iqtisadi cinayətkarlıq hallarının üstünü açıb ifşa etmişəm lakin əfsuslar olsun ki, heç bir əməli tədbirlər görülməyib. Ölkəmizin dövlət qurumlarının tender komissiyaları korrupsiya bataqlığında üzməkdə davam edir. Mənə bu prosesdə bata bilməsələr də, «ağ qarğa»ya dönmüşəm artıq. Həm də, korrupsiyaya bulaşmış dövlət qurumlarının tender komissiyaları üçün mən və təmsil etdiyim şirkət arzuedilməz şəxslərə çevrilib».
İ.Ələkbərov bildirib ki, tenderlərin bir hissəsində qaliblər əvvəlcədən məlum olur: «Əlimizi hansı layihəyə, hansı tenderə atırıqsa, əvvəlcədən kiminləsə razılaşdırılıb, əvvvəlcədən satılıb. Nəticədə də, 6 aya 48 milyon manat pul qazanan adı heç bir yerdə məlum olmayan, sektorda heç bir imzası olmayan, ölkənin iqtisadiyyatına heç bir əlavə dəyər verməyən "şirkətlər" meydana gəlir. Bu "şirkətlər" onlara havadarlıq edən oliqarx məmur işdən uzaqlaşdırılandan sonra gündəmdən itib-gedir. Elə bil heç bu adda şirkət heç yox idi. Oğurladıqları pulları da ölkədən kənara çıxarıb, cah-cəlal qururlar özləri üçün. Biz isə, canımızı-qanımızı qoyub, sektorun inkişafına töhfə veririk, kadrlar yetişdiririk, ekosistem yaradırıq, amma bunların iştirak etdiyi 166 tenderin heç birinə bizi cəlb etmirlər».
İş adamı bildirir ki, bəzi hallarda dövlət qurumları tenderləri başqalarının xəbər tutmaması üçün az qala gizli keçirirlər: «Elə olur ki, tenderi bu gün tezbazar elan edib, sabah təklifləri alıb tez müqaviləni bağlayırlar ki heç kim xəbər tutmasın».
İ.Ələkbərovun sözlərinə görə, tenderlərin bir hissəsində iştirakçılardan qalib gəlməyə görə faiz - «otkat» istəyirlər. Qeyd edək ki, «otkat» - qazanılan sifarişin məbləğinin bir hissəsinin qeyri-rəsmi olaraq tender elan edən təşkilatın təmsilçisinə və ya onun göstərdiyi şəxsə qaytarılmasıdır və Azərbaycanda geniş yayılıb.
Amma «Neuron Technologies» şirkəti «otkat» verməkdən imtina edib: «Mən hər zaman bəyan etmişəm. «Neuron Technologies» şirkəti heç kimə, heç bir satınalan quruma «otkat», rüşvət vermir. Olub ki, bizə deyiblər, layihənin 15-20% qədər «otkat» verəcəksiniz, o işlərdən imtina etmişik. Hətta layihələr var ki, 50%, bəzən isə hətta 70-80% «otkat» alırlar».
Ən maraqlısı odur ki, iş adamının sözlərinə görə, tenderlərin bir hissəsi əslində hansısa işin yerinə yetirilməsi deyil, sadəcə pulu büdcədən çıxarmaq üçün keçirilir: «Tenderləri ona görə keçirirlər ki, büdcədəki pulu necəsə yesinlər. Bunun bariz nümunəsi kimi qeyd edim: Ötən 2-3 ildə yüzlərə tenderi ləğv etdirmişik. Həmin ləğv edilən tenderin predmeti üzrə işlər yenidən elan olunmur. Onda sual olunur: əgər yenidən elan olunmursa, bəs o tələb olunan işlər necə oldu ki birdən-birə tələb olunmadı? Əslində o işləri başqa vasitələrlə satın alırlar və yaxud da, həmin büdcəni transfer edirlər başqa satınalma predmeti üçün, axır nə təhərsə yeyirlər o pulları».
İ.Ələkbərov bildirir ki, məhz belə sxemlərdə iştirak etmək istəmədiyinə görə, şəffaf işləyən şirkətlər biznesdə çətiniklərlə üzləşirlər: «Ona görə də bizim kimi şəffaf şirkətlər bu gün zülüm çəkir, ayın axırı gələndə maaşları işçilərimizə ödəməkdə çətinlik çəkirik, böyük maliyyə sıxıntıları yaşayırıq, lakin əyilmirik, öz yolumuzla işimizə davam edirik. Çünki inanırıq ki, bunların axırda bir sonu olacaqdır və dövlətin büdcəsindən mənimsənilən hər biq qəpiyin sorumu olacaqdır və bütün bu oğru kontingenti, istər dövlət məmuru olsun, istərsə də "iş adamı" (işbaz), bir gün oğurladıqlarına görə artıqlaması ilə cavab verəcəklər. Dövlət tenderlərində vəziyyət olduqca bərbaddır və müşahidələrim onu deməyə əsas verir ki, müsbətə doğru heç nə dəyişilmir».
Paylaş:
Müəllif : Redaktor
Tarix:22-07-2019, 21:20
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Redaktor
Tarix:22-07-2019, 21:20
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
21-12-2024, 11:45
Magistral yolların keçdiyi rayonlarda yeni trend: Topraq sahələri kütləvi satışa çıxarılır
21-12-2024, 11:24
“Sahil Babyev, gəl sənə göstərim ki, biz sakinlərə necə xəstə heyvan verirlər!” – KƏLBƏCƏR SAKİNİNDƏN MÜRACİƏT / VİDEO, FOTO
21-12-2024, 11:20
Kiyevdə rusların vurduğu "Şah Plov" restoranı deputat Ağalar Vəliyevə məxsusdur - FOTO
21-12-2024, 11:18
Sumqayıtda milyonların talanmasında iştirakçı olan “Saffira Plus” MMC -nin fəaliyyəti niyə yoxlanılmır
21-12-2024, 11:07
İşçilərin maaşı ilə özünə “imperiya” quran dələduz şirkət rəhbəri QAÇDI - İLGİNC FAKTLAR...
20-12-2024, 21:08