reklam
Regionxeberlericom.az » Araşdırma » "Darya Duqinanın qətli sifarişlidir" - İstintaq Komitəsi

reklam

"Darya Duqinanın qətli sifarişlidir" - İstintaq Komitəsi


















“Jurnalist və politoloq Darya Duqinanın qətli sifarişlidir”.

Bu barədə TASS-a bazar günü Rusiya Federasiyası İstintaq Komitəsinin mətbuat xidmətindən məlumat verilib.

"Artıq daxil olan məlumatları nəzərə alaraq, istintaq cinayətin əvvəlcədən planlaşdırılmış və sifarişli olduğunu hesab edir", - İstintaq Komitəsi qeyd edib.

İstintaq Komitəsinin sədri Aleksandr Bastrıkin Duqinanın qətli ilə bağlı cinayət işinin operativ, hərtərəfli və obyektiv araşdırılması üçün Baş İstintaq İdarəsinə həvalə olunması barədə göstəriş verib.

Komitənin məlumatına görə, avqustun 20-də axşam Moskva vilayətinin Bolşiye Vyazemi kəndi yaxınlığında hərəkət edən “Toyota Land Cruiser” markalı avtomobildə partlayıcı qurğu işə düşüb, bundan sonra avtomobil yanıb.

"Artıq müəyyən edilib ki, avtomobilin altında sürücü tərəfinə partlayıcı qurğu qoyulub. Darya Duqina yerindəcə ölüb", - İstintaq Komitəsindən bildiriblər.

Qeyd olunub ki, hazırda müstəntiqlər Kriminalistika Baş İdarəsinin mütəxəssisləri ilə birlikdə hadisə yerində araşdırmaları davam etdirirlər.

Xatırladaq ki, Darya Duqina Rusiya Prezidenti Vladimir Putinin məsləhətçisi Aleksandr Duqinin qızıdır. Onun idarə etdiyi avtomobil ötən gün - avqustun 20-də bomba ilə partladılıb və Duqina hadisə yerində ölüb.




Paylaş:


Müəllif : Tarix:
21-08-2022, 14:05
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər