reklam
Regionxeberlericom.az » Araşdırma » Rusiya Duqinanı qətlə yetirənin adını açıqladı

reklam

Rusiya Duqinanı qətlə yetirənin adını açıqladı

















"Jurnalist Daria Duqinanın qətlini Ukrayna xüsusi xidmət orqanları hazırlayıb, törədən şəxs Estoniyadakı cinayətdən sonra yoxa çıxan Ukrayna vətəndaşı Natalya Vovkdur".

Bu məlumatı TASS-a Rusiya Federal Təhlükəsizlik Xidmətinin İctimaiyyətlə Əlaqələr Mərkəzi verib.

“Federal Təhlükəsizlik Xidməti həyata keçirdiyi təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində 1992-ci il təvəllüdlü rusiyalı jurnalist Darya Duqinanın qətlinin üstünü açıb. Cinayət Ukrayna xüsusi xidmət orqanları tərəfindən hazırlanıb və törədilib. Onu törədən 1979-cu il təvəllüdlü Ukrayna vətəndaşı Vovk Natalya Pavlovnadır”, - məlumatda bildirilib.

O, 2010-cu il təvəllüdlü qızı Şaban Sofiya Mixaylovna ilə birlikdə 23 iyul 2022-ci ildə Rusiyaya gəlib:

“Qətl günü Vovk və Şaban Duqinanın fəxri qonaq kimi iştirak etdiyi Ənənəvi ədəbi-musiqi festivalında idilər. Avqustun 21-də Duqinanın idarə etdiyi “Toyota Land Cruiser Prado” markalı avtomobilin idarə olunan partlamasından sonra Vovk qızı ilə birlikdə Pskov vilayətindən Estoniyaya gedib.

Duqinanın qətlini təşkil etmək və onun həyat tərzi haqqında məlumat əldə etmək üçün Vovk qızı ilə birlikdə Moskvada mərhumun yaşadığı evdə mənzil kirayələyib. Cinayətkarlar jurnalisti izləmək üçün Mini Cooper markalı avtomobildən istifadə ediblər. Eyni zamanda, Rusiyaya daxil olarkən Donetsk Xalq Respublikasının (Azərbaycanda tanınmır - red.) nömrələrindən istifadə edilib - Е982ХН DPR, Moskvada - Qazaxıstan nömrələri 172AJD02, çıxarkən isə Ukrayna AH7771IP”.

Qeyd edilib ki, istintaq materialları İstintaq Komitəsinə verilib.

Xatırladaq ki, “rus dünyası”nın ideoloqu Aleksandr Duqinin qızı Daria Duqina avtomobilinin bomba ilə partladılması nəticəsində dünyasını dəyişib.




Paylaş:


Müəllif : Tarix:
22-08-2022, 16:11
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər