reklam
Regionxeberlericom.az » Araşdırma » “Sağ-solumuz, hər yanımız narkomandır” - Sakinlər etiraz edir + Video

reklam

“Sağ-solumuz, hər yanımız narkomandır” - Sakinlər etiraz edir + Video
















Bloqer Nail Kəmərlinin Bakının “Papanin” və “Xutor” adlanan ərazilərində narkomaniyanın yayılması ilə bağlı hazırladığı süjet geniş müzakirələrə səbəb olub.

“Qafqazinfo” xəbər verir ki, verilişdə danışan yerli sakinlərin çıxışları, səsləndirdikləri fikirlər sosial şəbəkələrdə kütləvi şəkildə yayılmaqdadır. Onlar son illərdə narkomaniyanın daha da artdığını, bəzi insanların bu ərazilərdə kirayə evlərin ucuz olması səbəbindən burada cəmləşdiklərini, hətta açıq-aşkar narkotik satışının baş verdiyini, oğurluq, soyğunçuluq hadisələrinin artdığını qeyd ediblər.

Sakinlərin bir neçəsinin çıxışını təqdim edirik:

Qeyd edək ki, yutub platformasında verilişin yayımlanmasından sonra Daxili İşlər Nazirliyinin aidiyyəti qurumları həmin ərazilərdə əməliyyat-axtarış tədbirləri həyata keçirib. Bildirilib ki, Cəlil Məmmədquluzadə (“Papanin”), Şimal şitilliyi (“Xutor”), Namiq Məlikov küçələrində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən 15 nəfər müəyyən olunaraq saxlanılıb. Nərimanov RPİ əməkdaşları tərəfindən 12, Nəsimi RPİ əməkdaşları tərəfindən 3 nəfər barəsində qanunvericiliyə uyğun tədbirlər görülməklə istintaqa təhvil verilib.




Paylaş:


Müəllif : Tarix:
25-08-2022, 10:18
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər