Rus oliqarxların superyaxtlarıTürkiyədə lövbər salıb? - İdiia
Putinin Ukraynada başlatdığı işğal səbəbindən Qərbin sanksiyalarına məruz qalan rus oliqarxlar öz yaxtalarını Türkiyə sahillərində gizlətməyə çalışırlar.
Bu barədə Britaniyanın “The Times” nəşrində yayımlanan məqalədə bildirilib.
Araşdırma aparan və mövcud məlumatları təhlil edən qəzet, ümumi dəyəri milyardlarla dollar olan gəmilərin Egey və Aralıq dənizi sahillərində lövbər saldığını yazıb.
Türkiyədə gözləyən gəmilərin təxminən 2,5 milyard dollar dəyərində olduğunu qeyd edən nəşr, ötən il bu lüks yaxtaların heç birinin Türkiyədə olmadığına diqqət çəkib. Qeyd olunub ki, ötən il bu gəmilərin böyük əksəriyyəti Fransa, İtaliya, İspaniya və Yunanıstanda idi.
Roman Abramoviç də daxil olmaqla bir çox oliqarxın superyaxtalarının Türkiyə sahillərində olduğu bildirilsə də, oliqarxların lüks gəmilərdə olub-olmamalarıyla bağlı heç bir məlumat verilməyib.
Türkiyədə olan superyaxtların siyahısı aşağıdakı kimidir:
Roman Abramoviç – “Eclipse” (700 milyon dollar);
Roman Abramoviç - “Solaris” (600 milyon dollar);
Dmitri Kamneçik - “Flying fox” (400 milyon dollar;
Dmitri Ribolev - “Anna” (250 milyon dollar);
Leonid Mixelson - “Pasific” (150 milyon dollar);
Aleksandr Nesis - “Romea” – (125 milyon dollar).
Paylaş:
Müəllif : Fuad
Tarix:29-08-2022, 18:08
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər