“Məhkəmə sisteminin yenilənməsinə ciddi ehtiyac var”
“Qanunları və dövlətin nüfuzunu şəxsi maraqları naminə tapdalamaqdan çəkinməyən hakimlərin ədaləti təmsil etmələrinə imkan verilməməlidir. Əks halda, vətəndaşın məhkəmələrə münasibəti dəyişməyəcək”.
Bunu siyasi ekspert Əlabbas Məhərrəmov müəllif yazısında bildirib.
O qeyd edib ki, Azərbaycanın məhkəmə sistemindəki vəziyyət hər kəsə məlumdur və bu sahədəki nöqsanların aradan qaldırılmasının vacibliyi dəfələrlə bildirilib.
"Bu baxımdan, prezident İlham Əliyevin bu il aprelin ilk günlərində imzaladığı məhkəmə-hüquq sistemində islahatlara dair Fərman vəziyyətin təhlilindən sonra atılması zəruri sayılmış addım idi. Digər tərəfdən, məhkəmə-hüquq sistemində islahatların başlanmasına qərar verilməsinə ölkədə həyata keçirilən ümumi dəyişikliklərin tərkib hissəsi kimi baxa bilərik. Yəni hakimiyyət sosial sferada atılan addımların və gömrük-vergi sistemində aparılan islahatların doğurduğu məmnunluğu məhkəmə-hüquq sistemində başlayan dəyişikliklərlə daha da dərinləşdirməyi düşünür.
Həmin Fərman dərc olunduqdan sonra media və sosial şəbəkələrdə verilən çoxsaylı reaksiyaları xatırlayıram. Əksəriyyətin mövqeyi bundan ibarət idi ki, məhkəmə sisteminin yenilənməsinə və hakim korpusunun dəyişdidirilməsinə ciddi ehtiyac var. Bu yanaşmalar təsadüfi deyil. Həqiqətən də, müxtəlif məhkəmə instansiyalarında bir sıra hakimlərin çıxardıqları ədalətsiz qərarlar vətəndaşların məhkəmələrə etimadına zərbə vurub. O cür ədalətsiz qərarlardan Avropa Məhkəməsinə edilən şikayətlərin sayının artması da gerçək vəziyyətin nə yerdə olduğunu göstərir. Bu səbəbdən, məhkəmə sistemində islahatların qaçılmazlığı mübahisə mövzusu deyil.
Prezidentin kömçəkçisi, Administrasiyanın şöbə müdiri Fuad Ələsgərovun bu məsələyə dair verdiyi şərhdən belə nəticəyə gəlmək olar ki, siyasi hakimiyyət məhkəmə sisteminin demontajında qərarlıdır. Onun bu sistemdəki kadr islahatlarının davam etdiriləcəyi haqda dedikləri isə yuxarıda vurğuladığım hakimlərə açıq mesaj sayılmalıdır. Qanunları və dövlətin nüfuzunu şəxsi maraqları namainə tapdalamaqdan çəkinməyən hakimlərin ədaləti təmsil etmələrinə imkan verilməməlidir. Əks halda, vətəndaşın məhkəmələrə münasibəti dəyişməyəcək”.
Paylaş:
Müəllif : Redaktor
Tarix:23-07-2019, 14:03
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Redaktor
Tarix:23-07-2019, 14:03
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
21-12-2024, 11:45
Magistral yolların keçdiyi rayonlarda yeni trend: Topraq sahələri kütləvi satışa çıxarılır
21-12-2024, 11:24
“Sahil Babyev, gəl sənə göstərim ki, biz sakinlərə necə xəstə heyvan verirlər!” – KƏLBƏCƏR SAKİNİNDƏN MÜRACİƏT / VİDEO, FOTO
21-12-2024, 11:20
Kiyevdə rusların vurduğu "Şah Plov" restoranı deputat Ağalar Vəliyevə məxsusdur - FOTO
21-12-2024, 11:18
Sumqayıtda milyonların talanmasında iştirakçı olan “Saffira Plus” MMC -nin fəaliyyəti niyə yoxlanılmır
21-12-2024, 11:07
İşçilərin maaşı ilə özünə “imperiya” quran dələduz şirkət rəhbəri QAÇDI - İLGİNC FAKTLAR...
20-12-2024, 21:08