reklam
Regionxeberlericom.az » Araşdırma » Hindistan Azərbaycanda saxlanılan Saçinin ekstradisiyası üçün danışıqlar aparır

reklam

Hindistan Azərbaycanda saxlanılan Saçinin ekstradisiyası üçün danışıqlar aparır
















Pəncablı müğənni Sidhu Musevalanın qətli ilə əlaqədar saxlanılan şübhəlilərin Hindistana ekstradisiyası ilə bağlı danışıqlar aparılır.

Bunu Hindistanın Xarici İşlər Nazirliyinin sözçüsü Arindam Baqçi deyib. 

"Musevalanın qətli ilə bağlı Keniyada bir şübhəli və Azərbaycanda bir şübhəli saxlanılıb. Yerli hakimiyyət orqanları bu iki nəfəri nəzarətə götürüblər. Onların Hindistana gətirilmələri üçün aidiyyəti orqanlarla yaxından əlaqə saxlayırıq, qanuni tədbirlər görülür”, - deyə Baqçi qeyd edib. 

Qeyd edək ki, pəncablı müğənni Sidhu Musevala mayın 29-da Mansada güllələnib. Qətli Lourensin başçılıq etdiyi dəstə törədib. Lourensin qardaşı və qətlin təşkilatçılarından Anmol Bişnoy və qardaşı oğlu Saçin Txapan Musevala öldürülməzdən əvvəl xaricə qaçıblar. Onların hər ikisi əvvəlcə Nepala, sonra Kanada və Dubaya gediblər. Oradan isə Saçin Txapan Azərbaycana gəlib və burada saxlanılıb. Anmol isə Keniyada yaxalanıb.  Onların hər ikisi saxta pasportdan istifadə edib.




Paylaş:


Müəllif : Tarix:
2-09-2022, 08:52
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər