Hafiz Hacıyev bəzi məmurlar haqda: “Kimin gözü kimin arvadına düşürsə, aparıb məcbur...”
Dünən Müdafiə Nazirliyinin Şəxsi Heyət Baş İdarəsinin İdeoloji İş və Mənəvi-Psixoloji Təminat İdarəsinin rəisi, general-mayor Bəkir Orucov saxlanılıb.
Bir müddət öncə Azərbaycan Dövlət Gömrük Komitəsinin də bir neçə generalı həbs olunmuşdu. Maraqlısı budur ki, əvvəllər korrupsiyada, rüşvətdə icra başçıları ittiham olunurdusa, indi onların yerini generallar alıb. Cəmiyyətdə həmin şəxslərin tanışlıq hesabına vəzifəyə gəlməsi haqda fikir yaranıb. Hazırda Azərbaycanda yüzlərlə general var.
Onları rüşvətə vadar edən nədir? Həbslərin belə nəticə vermədiyi bir zamanda onlarla necə mübarizə aparmaq lazımdır?
Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev açıqlamasında deyib ki, Müdafiə Nazirliyində belə hallar davamlı olaraq baş verir:
“Daha öncə idarə rəisinin də külli miqdarda yeyinti ilə saxlanılma xəbəri yayılmışdı. Böyük məbləğlərdə yeyintilər var. Ordumuz rəşadətli, Tərtər isə strateji yerdir. Çox şeyləri açıq demək olmur. Düşünürəm ki, Zakir Həsənov həbs edilməlidir. Xırda adamları tutmaqla nə olacaq ki?! Zakir Qaralovu, Rüstəm Usubovu məhkəməyə çağırırlar getmir. Sanki “çete”dirlər. Hamısı Ramiz Mehdiyevin kadrlarıdır. Qısa bir araşdırma edək. Adıkeçən generallar kimlədir? Ölkəni pis vəziyyətə gətirən kimlərdir?
Onların hamısını vəzifəyə Ramiz Mehdiyev gətirib. Hər biri tanışlıq müqabilində vəzifəyə gəlib.
Bəzilərinin bacısı göyçək olub, bəzilərinin arvadı. Kimin gözü kimin arvadına düşürsə aparıb məcbur boşadır. Həmin məsələlər də indi-indi ortaya çıxır.
Söhbət yalnız sözügedən qurumdan getmir, indi hamısı belədir. Sistemli şəkildə belə hadisələrin qarşısı alınmalıdır. Bir-iki nəfəri tutmaqla həll olunacaq məsələ deyil. Tərtər hadisələrində iştirak edənlər məsuliyyətə cəlb olunmalıdır. Ağıllarda cavabsız qalan o sual yaranır: Bəs niyə məsuliyyətə cəlb olunmurlar? Çünki mafiya öz işini peşəkarcasına görüb.
Düşünürəm ki, tutulmaların ardı gələcək. Yerinə oturmayan hər parça yerini alacaq”.
Paylaş:
Müəllif : Fuad
Tarix:3-09-2022, 15:19
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər