“Roskosmos” rəhbərinin müşavirinə 22 illik həbs verildi
“Roskosmos” rəhbərinin müşaviri, “Kommersant” və “Vedomosti”nin keçmiş müxbiri İvan Safronov ciddi rejimli koloniyada 22 il müddətinə azadlıqdan məhrum edilib.
Moskva Şəhər Məhkəməsi onu dövlətə xəyanətdə təqsirli bilib.
“Safronov Rusiya Federasiyası Cinayət Məcəlləsinin 275-ci maddəsi ilə nəzərdə tutulmuş “Dövlətə xəyanət” cinayətini törətməkdə təqsirli bilinir. Ona 22 il müddətinə ciddi rejimli koloniyada cəza çəkmək, cəzanı çəkdikdən sonra iki il müddətinə 500 min rubl məbləğində cərimə tətbiq olunsun”, - hökmdə vurğulanıb.
Müzakirələr zamanı dövlət ittihamçısı müttəhimin 500 min rubl cərimə ilə 24 il müddətinə ciddi rejimli koloniyada cəzalandırılmasını istəyib. O, günahını etiraf etməyib. Müdafiə tərəfi bəraət hökmünün çıxarılmasını istəyib.
Vəkil Dmitri Katçev bildirib ki, müdafiə tərəfi hökmdən apellyasiya şikayəti verəcək:
“Müdafiə tərəfi hökmdən apellyasiya şikayəti verəcək, biz Safronovun təqsirsizliyində israr edirik”.
Paylaş:
Müəllif : Fuad
Tarix:5-09-2022, 21:05
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər