13 yaşlı qızla bağlı dəhşətli cinayətin təfərrüatı: - “Anası da, məktəb də bilməyib ki...”
Xəbər verildiyi kimi, Bakıda cinsi təcavüzlə üzləşdiyi bildirilən azyaşlı qız ev şəraitində uşaq dünyaya gətirib.
Bu barədə Azərbaycan Uşaqlar Birliyinin sədri Kəmalə Ağazadə məlumat yayıb. O, 13 yaşlı ananın sığınacağa yerləşmək üçün xahiş etdiyini qeyd edib. Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən bildirilib ki, faktla bağlı araşdırma aparılır. Hadisənin Bakı şəhərinin Sabunçu rayonunda baş verdiyi bildirilir. DİA.AZ-ın məlumatına görə, hadisənin təfərrüatı ilə bağlı Cebhe.info-ya danışan Azərbaycan Uşaqlar Birliyinin sədri Kəmalə Ağazadə deyib ki, on üç yaşlı qızın hamiləliyindən ailəsi xəbərsiz olub. O, bu cür hadisələrin baş verməsində təhsil müəssisələrini də günahlandırıb:
“Kim tərəfindən təcavüz olunması haqqında bizim mülahizə yürütməyimiz düzgün deyil. Fakt odur ki, hadisə baş verib, 13 yaşlı qız hamilə olub, məktəblidir. Məktəbdə bunu bilməyiblər, ailədə bunu görməyiblər. Ata dünyasını dəyişib, ana fəhlədir, səhər çıxıb, axşam gəldiyi üçün bilməyib. Bu gün ən böyük bəla təlim-tərbiyə, təhsil müəssisələrinin rolunun sıfıra düşməsidir. Çünki orada təhsil adı saxlanılıb, təlim-tərbiyə, ümumiyyətlə, yoxdur”.
Birliyin sədri qızın da, doğulan körpənin də vəziyyətinin normal olduğunu bildirib:
“Hazırda qız doğum evlərinin birindədir. Uşaq ev şəraitində doğulub, ananın vəziyyəti ağırlaşdığına görə təcili yardım çağırılıb, xəstəxanaya yerləşdirilib. Hazırda doğulan körpənin də vəziyyəti normal qiymətləndirilir. Qızla da danışmışam, deyir ki, vəziyyətim yaxşıdır”.
Paylaş:
Müəllif : Fuad
Tarix:7-09-2022, 12:12
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər