reklam
Regionxeberlericom.az » Araşdırma » Əvəz Zeynallı 8 ildən 12 ilədək həbs oluna bilər - Yenilənib

reklam

Əvəz Zeynallı 8 ildən 12 ilədək həbs oluna bilər - Yenilənib

















Jurnalist Əvəz Zeynallıya Azərbaycan Cinayət Məcəlləsinin 311.3.3-cü (külli miqdarda rüşvət alma) maddəsi ilə ittiham elan olunub. O, qətimkan tədbirinin seçilməsi üçün məhkəməyə aparılır.

Bu sözləri vəkil Aqil Layıc bildirib. Onun sözlərinə görə, Ə. Zeynallı özünü təqsirli bilmir.

Qeyd edək ki, Cinayət Məcəlləsinin qeyd edilən maddəsində 8 ildən 12 ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulur.

***19:48

Əvəz Zeynallı Baş Prokurorluğun İstintaq idarəsində saxlanılaraq dindirilir.

Bu barədə Əvəz Zeynallının yaxınları sosial şəbəkədə bildiriblər.

Qeyd edək ki, Əvəz Zeynallının evində və ofisində axtarış aparılıb. Həmçinin,  vəkil Elçin Sadıqovun evində də axtarış aparılıb. Daha sonra isə onun ofisində axtarış davam etdirilib.

***16:53

Əvəz Zeynallı saxlanılıb.

Baş Prokurorluqdan bildirilib ki, faktla bağlı cinayət işi başlanılıb.

Hazırda istintaq hərəkətləri həyata keçirilir.

Əlavə məlumat veriləcək.

***16:14

Tanınmış jurnalist, “Xural TV”nin rəhbəri Əvəz Zeynallı Baş Prokurorluğun əməkdaşları tərəfindən saxlanılıb.

Bu barədə siyasi fəal İlkin Rüstəmzadə paylaşım edib.

“Kafedə Kəramət, Şərif Ağayar və bir dostumuzla çörək yeyirdik, gəlib apardılar. Canlı yayım açmaq istədim zorla kobudluq edərək telefonumu əlimdən aldılar. Hazırda axtarış üçün Əvəz bəyin ofisinə gedirlər”, - deyə o qeyd edib.

Xatırladaq ki, bir neçə gün əvvəl Ə. Zeynallının səs yazısı yayılıb. Onun iş adamı Rasim Məmmədovdan şantajla 20 min manat aldığı iddia edilir.




Paylaş:


Müəllif : Tarix:
10-09-2022, 23:38
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər