Özünü DTX əməkdaşı kimi təqdim edən sayt rəhbərinə 7 il həbs verildi

Hədə-qorxu ilə tələb etmə və vəzifəli şəxsin səlahiyyətlərini mənimsəmə kimi əməllərdə təqsirləndirilən “Qaynarxətt.az” Media İnformasiya Agentliyinin direktor müavini, 1985-ci il təvəllüdlü Amid Aslanlıya hökm oxunub.
Bakı Ağır Cinayətlər Məhkəməsi A.Aslanlını Cinayət Məcəlləsinin 182.2.2 (hədə-qorxu ilə tələb etmə) və 310-cu (vəzifəli şəxsin səlahiyyətlərini mənimsəmə) maddələri ilə təqsirli bilərək 7 il müddətinə həbs cəzası verib.
Araşdırmalar zamanı məlum olub ki, sayt rəhbəri ümumilikdə 8 epizod üzrə təqsirləndirilib. O, restoran, hostel, klinika və digər obyektlərə daxil olaraq özünü Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşı kimi təqdim edərək qanunsuzluqlar aşkarladığını bildirib və daha sonra hədə-qorxu gəlməklə həmin obyektlərin rəhbərlərindən pul alıb.
Bildirilib ki, aparılan araşdırmalarla müəyyən edilib ki, Amid Aslanlı özünü hüquq-mühafizə orqanlarının əməkdaşı kimi təqdim edərək iyunun 15-də “Dalğa” hotelinin əməkdaşından 1000 manat məbləğində pul tələb edib, ondan 130 manat məbləğində pul alıb, iyunun 17-də isə Sağlamlıq Mərkəzinin direktorundan hər ay üçün 2 min manat pul tələb edib, həmin pulu vermədikləri halda isə onlar haqqında rüsvayedici məlumatlar yayacağı ilə hədə-qorxu gəlib.
Paylaş:
Müəllif : Fuad
Tarix:15-09-2022, 11:43
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

“Putin Avropa qoşunlarının Ukraynaya daxil olmasına razılaşacaq” – Makron Trampla razılaşmalardan danışdı

Neftçala İcra Hakimiyyəti “Avtoyoltikintiservis” MMC ilə rayonda yolları hansı üsullarla təmir edirlər

İşəgötürən əmək münasibətləri prosesində aşağıdakı hallarda işçiyə vurulan ziyana görə tam maddi məsuliyyət daşıyır