reklam
Regionxeberlericom.az » Araşdırma » SOCAR əməkdaşlarını maşınla vurub öldürən şəxsə ağır cəza

reklam

SOCAR əməkdaşlarını maşınla vurub öldürən şəxsə ağır cəza














Bu il aprelin 27-də gecə saat 03:15 radələrində Qaradağ rayonu Ələt qəsəbəsində idarə etdiyi “Chevrolet” markalı avtomobillə yol kənarında dayanmış şəxsləri vurub öldürən 1995-ci il təvəllüdlü Əsədzadə İbrahim Qaraş oğlu məhkəmə qarşısına çıxarılıb.

Bakı Ağır Cinayətlər Məhkəməsində 27 yaşlı şəxs Cinayət Məcəlləsinin 263-1.4-cü (Yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarını sürücülük hüququ olmayan şəxs tərəfindən pozma – 2 və ya daha artıq şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə təqsirləndirilib.

Bildirilib ki, hadisə vaxtı Ramazan ayı ilə əlaqədar SOCAR-da işləyən 1984-cü il təvəllüdlü Qurbanov Emil Məhəmməd oğlu və 1967-ci il təvəllüdlü Cəfərov Səyavuş Əyyub oğlu “Mercedes” markalı avtomobili yol kənarında saxlayıblar. Onlar maşından düşərək baqaj hissədə sahur yeməyi yeməyə başlayıblar. Bu zaman İ.Əsədzadə nəqliyyat vasitəsini idarəetmə hüququ olmadan idarə etdiyi “Chevrolet Camaro” markalı, 99-PC-811 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini yol kənarına çıxararaq onlara çırpıb. Nəticədə E.Qurbanov və S.Cəfərov hadisə yerində ölüb.

Araşdırmalar zamanı məlum olub ki, qəzada həlak olan şəxslər gecə vaxtı SOCAR-ın Təhlükəsizlik İdarəsində əməkdaşları yoxlamağa gedirmiş. Hadisə vaxtı onların yanında digər əməkdaş da olub. Həmin şəxs təsadüf nəticəsində sağ qalıb.

Məhkəmədə İ.Əsədzadə hadisə vaxtı dostunun kirayə götürdüyü “Chevrolet Camaro” markalı avtomobili sürdüyünü, həmin hadisədən əvvəl Şirvan şəhərinə getdiyini və qısa vaxt sonra yenidən Bakı istiqamətinə geri qayıtdığını bildirib. O deyib ki, Ələtə çatanda avtomobilin GPRS (radiorabitə) sistemi qəfil söndürülüb və nəticədə maşın idarəetmədən çıxıb.

Vəfat edən şəxslərin ailə üzvləri hadisəni törədən sürücüyə ağır cəza verilməsini xahiş ediblər.

Bakı Ağır Cinayətlər Məhkəməsinin 15 sentyabr tarixli hökmü ilə 27 yaşlı İ.Əsədzadəyə 4 il müddətinə sürücülük hüququndan məhrum edilməklə, 10 il həbs cəzası verilib.




Paylaş:


Müəllif : Tarix:
20-09-2022, 09:58
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər