Peskov oğlunun "səfərbərlik"dən boyun qaçırmasına münasibət bildirdi
Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov jurnalistlərə bildirib ki, oğlunun səfərbərliyə “çağırılmasından” xəbəri var.
Kreml sözçüsü söhbətin tam mətninin dərc edilmədiyini qeyd edib və söhbətin onun ailə üzvündən getdiyini əsas gətirərək məsələni şərh etməyib.
"Mənim bundan xəbərim var. Məsələni ictimailəşdirənlər söhbətin tam mətnini yerləşdirməyiblər. Bu barədə oğlumdan məlumat almışam”, - deyə peskov bildirib.
Qeyd edək ki, rusiyalı müxalifətçi Aleksey Navalnının tərəfdarları Rusiya Prezidentinin sözçüsü Dmitri Peskovun oğlu Nikolay Peskova hərbi komissarlıq adından zəng edib, “xidmətə çağırıblar”. Zəng zamanı Dmitri Nizovtsev adlı şəxs Peskovu səhər saat 10-da həkim müayinəsinə çağırıb. Nikolay Peskov isə onun səfərbərliyə cəlb edilməsinin yanlış olduğunu bildirib:
“Mənim cənab Peskov olduğumu bilirsinizsə, orada olmağımın nə qədər səhv olduğunu başa düşməlisiniz. Bir sözlə, mən bununla başqa səviyyədə məşğul olacağam. Mən ümumiyyətlə nə baş verdiyini və hansı hüquqlarım olduğunu başa düşməliyəm. Vətəni müdafiə etməkdə heç bir problem yoxdur, amma mənim orda görünməyim məqsədəuyğun deyil”.
Paylaş:
Müəllif : Fuad
Tarix:22-09-2022, 16:14
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər