reklam
Regionxeberlericom.az » Araşdırma » Bərdədə direktorun müəllimdən pul istəməsi iddiasına aydınlıq gətirildi

reklam

Bərdədə direktorun müəllimdən pul istəməsi iddiasına aydınlıq gətirildi

















Bәrdә rayonu Adil Süleymanov adına Şorәlli kәnd tam orta məktəbin direktoru Gülnarə Əliyevanın müəllimdən pul tələb etməsi ilə bağlı yayılan səs yazısına aydınlıq gətirilib.

Bu barədə Qarabağ Regional Təhsil İdarəsi məlumat yayıb. Bildirilib ki, səs yazısı uzun müddət öncə və qərəzli olaraq yazılıb.“Aparılan araşdırma zamanı direktorun pul alması faktı təsdiqini tapmayıb. Məlum olub ki, məktəbin müəllimi Dursun Babayeva çalışmanın yaş həddinə çatdığı üçün onunla bağlanmış əmək müqaviləsinə xitam verilib. Bu səbəbdən də davamlı olaraq guya ədalətsiz dərs bölgüsü, pul yığımı aparıldığına dair regional təhsil idarəsinə də müraciət edir. Məktəbin pedaqoji heyətindən izahatlar alınıb. Onlar da müəssisədə belə bir neqativ halın olmasını inkar ediblər”, - deyə qeyd olunub.




Paylaş:


Müəllif : Tarix:
23-09-2022, 19:34
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər