“Şimal axını” qaz kəmərlərində nə baş verib? - Video
Sentyabrın 27-də gün ərzində Rusiyadan Almaniyaya gedən “Şimal axını” və “Şimal axını 2” qaz kəmərlərinin üç xəttində təzyiq aşağı düşüb. Danimarkanın Bornholm adası yaxınlığında qaz sızması qeydə alınıb.
İlkin hesablamalara görə, bunun səbəbi hansısa məqsədyönlü təxribat ola bilər.
“Nord Stream 2”nin iki xəttindən birində təzyiqin düşməsi sentyabrın 26-na keçən gecə “Şimal axını 2 AG” quru platformasında qeydə alınıb. Eyni zamanda Almaniya, Danimarka, İsveç, Finlandiya və Rusiyanın sahil xidmətlərinə məlumat verilib. Qaz kəməri operatorunun mətbuat xidməti hadisənin Danimarkanın Bornholm adasının cənub-şərqindəki eksklüziv iqtisadi zonasında (EEZ) baş verdiyini bildirib. Həmin gün axşam saatlarında “Şimal axını 1”in hər iki xəttində təzyiq azalıb.
Qeyd olunub ki, normal şəraitdə boru içərisində təzyiq 105 bar təşkil edir, lakin hadisədən sonra Alman bölməsində təzyiq yalnız 7 bara çatır.
Qaz kəməri operatoru “Nord Stream AG” dağıntıları görünməmiş adlandıraraq, bərpa müddətini təxmin etməyin hələ mümkün olmadığını deyib.
“Nord Stream 2 AG” şirkətinin sözçüsü Ulrix Lissek bildirib ki, boru kəməri boyunca haradasa yəqin ki, çuxur olub.
Təzyiqlərin düşməsinin dəqiq səbəbini sanksiyalar və yerlərdə kadr çatışmazlığı səbəbindən müəyyən etmək mümkün olmayıb.
Hakimiyyət orqanlarının qiymətləndirməsi ilə tanış olan Almaniyanın "Der Tagesspiegel" qəzeti və "Der Spiegel" jurnalının mənbələri bunun “məqsədli təxribat” olduğunu bildiriblər.
Danimarka rəsmiləri bildiriblər ki, onlar “Şimal axını” və “Şimal axını 2” qaz kəmərlərindən qaz sızması ilə bağlı insidenti düşünülmüş hərəkət kimi qiymətləndirirlər.
Paylaş:
Müəllif : Fuad
Tarix:28-09-2022, 14:18
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər