"Polislər o qədər döydülər ki, dözə bilmədim, nə sənəd verdilərsə, qol çəkdim"
Məktəblilərə narkotik satmaqda ittiham olunan 20 yaşlı Göyçək Əliməmmədova deyib ki, bu barədə yazılanlar yalandır, polislərin uydurmasıdır.
RegionXəbərləricom.az Meydan TV-yə istinadən xəbər verir ki, o, üzərindən tapıldığı iddia olunan narkotik və dərmanının, əslində, polis bölməsində qarşısına qoyulduğunu bildirib.
G. Əliməmmədova Cinayət Məcəlləsinin 234.4.1 və 234.3.4 (bir qrup şəxs tərəfindən satış məqsədilə külli miqdarda narkotik əldə etmə, saxlama) maddəsilə ittiham olunur.
G. Əliməmmədovaya bir qrup şəxs halında cinayət törətmə ittihamı verilsə də, o, müttəhimlər kürsüsündə tək əyləşib.
2002-ci il təvəllüdlü G. Əliməmmədova ötən il noyabrın 27-də həbs olunub. Cinayət işinin materiallarında yazılıb ki, tutulanda üstündən 4,1 qram heroin və 11 həb metadon (narkotik tərkibli dərman preparatları) tapılıb.
G. Əliməmmədovanı Binəqədi Rayon Polis İdarəsinin 43-cü polis bölməsinin əməkdaşları saxlayıb. Polislər məhkəmədə deyib ki, Göyçək Əliməmmədovanı Binəqədi qəsəbəsində “Lallar fabriki” adlanan ərazidə tutublar:
“Dedi ki, metodonu 150 manata, heroini 100 manata alıb. Onları 179 nömrəli orta məktəbin qarşısında 10-15 manata satır”.
G. Əliməmmədova tutulandan üç gün sonra istintaq təcridxanasına daxil olanda onun sifətində, bədənində çoxsaylı xəsarətlər qeydə alınıb. Bu barədə sənəd də var.
Polislər bu xəsarətlərlə bağlı məhkəmədə vəkilin suallarını cavablandıranda deyiblər ki, ola bilsin, G. Əliməmmədovanı metodon həblərini satdığı məktəblilərin valideynləri döyüb.
G. Əliməmmədova isə deyir ki, həmin xəsarətlər ona polis idarəsində yetirilib. Onun sözlərinə görə, Binəqədi qəsəbəsindəki 179 saylı məktəbin qarşısında dayanıb, həbləri 7-8-ci sinif şagirdlərinə əvvəlcə konfet adıyla pulsuz verməsi, onlarda asılılıq yaranandan sonra hər bir həbi 15-20 manata satması haqda ifadəyə də işgəncə altında imza atıb.
“Mən uşaqlıqdan atasız-anasız böyümüşəm. Bir neçə ildir narkotikdən istifadə edirəm. Adətən heroin istifadə edirəm. Amma heç vaxt narkotik satışıyla məşğul olmamışam. Məktəblilərə dərman satmağım barədə deyilənlər də yalandır. Polislər məni küçədə yox, yaşadığım evdə tutublar. Üç-dörd nəfər mülki geyimli idi, nə baş verdiyini izah eləmədilər. Biri sifətimə elə vurdu ki, üzüm partladı. Həmin vaxt işıqlar da yanmırdı. Onda məni vuranın kim olduğunu bilmədim. Amma bölmədə Fuad adlı polis sağ gözümün yanını partlatdı. Seyfdən narkotiki çıxarıb qarşıma qoydular. Məni o qədər döymüşdülər ki, artıq dözə bilmirdim. Ona görə nə sənəd verdilərsə, qol çəkdim. Məktəblilərə narkotik satılması haqda istintaqdakı ifadələrdə yazılanlar da onların öz fikridir. Mən narkoman olmuşam, buna görə də çox peşmanam”, - o, məhkəmədə belə deyib.
Məhkəmədə o da məlum olub ki, G. Əliməmmədovanın 2020-ci il təvəllüdlü bir qızı var.
Onun vəkili də bir qrup şəxs tərəfindən külli miqdarda narkotik satışı ittihamının məhkəmədə sübuta yetirilmədiyini əsas gətirərək, onun haqqında bəraət hökmü çıxarılmasını istəyib.
Lakin Bakı Ağır Cinayətlər Məhkəməsində bugünlərdə hakim İradə Həsənzadənin sədrliyilə onun haqqında 6 il azadlıqdan məhrumetmə hökmü çıxarılıb.
Paylaş:
Müəllif : Fuad
Tarix:29-09-2022, 16:21
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər