"Dedi ki, gəl adına bir şirkət açaq, sənə də ayda 500 manat verək" - Şahid ifadəsi
"Baku Steel Company” şirkətinin sabiq rəhbəri Rasim Məmmədovun cinayət işi ilə bağlı məhkəmə araşdırması davam etdirilib.
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Leyla Əsgərova-Məmmədovanın sədrliyi ilə keçirilən iclasda iş üzrə şahidlər dindirilib.
İddiaya görə iş üzrə 185 milyon manatlıq yeyintinin bir qismi qeyri-rəsmi şəkildə Rasim Məmmədova məxsus "Azeri Steel-2009" şirkəti ilə bağlıdır. O, "Baku Steel Company"nin istehsal etdiyi armaturların sözügedən şirkətə maya dəyərindən aşağı qiymətə satışına şərait yaradıb.
İclasda ifadə verən "Azeri Steel-2009"un təsisçisi Əliməmməd Hüseynovun dediyinə görə, onun sadəcə, adı təsisçi olub, quruma ümumiyyətlə, aidiyyəti olmayıb: ""Baku Steel Company"nin maliyyə direktoru Mübariz Səmədov dedi ki, gəl adına bir şirkət açaq, sənə də ayda 500 manat verək. Pula ehtiyacım olduğu üçün razılaşdım. Mənə Rasim Məmmədovun şirkəti olduğunu demişdilər".
Rasim Məmmədov şahidin sözləri ilə razılaşmayaraq, "Azeri Steel-2009"un ona aid olmadığını deyib: "O şirkət mənə deyil başqa bir nəfərə məxsusdur. Mənim olsaydı, öz adamımı təyin edərdim".
Rasim Məmmədova məxsus "Wortex" şirkətində satış meneceri işləmiş Samir Məmmədov isə ifadəsində "Azeri Steel-2009" şirkətində "Baku Steel Company"nin armaturlarını saydığını, həmçinin, "Azeri Steel -2009"da kassa məsələlərinə baxdığını bildirib: ""Azeri Steel-2009"-dan bir neçə dəfə Rasim Məmmədova pul aparıb çatdırmışam. 100 min olurdu, 200 min olurdu".
Lakin şahidin ibtidai istintaq zamanı fərqli ifadə verdiyi bildirilib. O, əvvəlki ifadəsində "Azeri Steel-2009" şirkətinin kassasında 39 milyon manat çatışmazlıq olduğunu, həmin vəsaitin bir hissəsinin Rasim Məmmədovun xərclərinə sərf olunduğunu deyib.
Rasim Məmmədov onun da dediklərinin yalan olduğunu bildirib: "Mən bu ölkədə bir adamla işləmişəm, bundan sonra da işləyəcəm. Heç kim mənə göstəriş verə bilməzdi".
Daha sonra "Baku Steel Company"də metal qəbulu işi ilə məşğul olan Bəxtiyar Kələşov dindirilib.
Şahid istintaqa verdiyi ifadəsində şirkətin 3 milyon 400 min manat kəsiri olduğunu desə də, məhkəmədə belə söz demədiyini bildirib.
Rasim Məmmədov şahidin zavodda metal işinə baxdığını, kimin zavoda nə göndərməsindən xəbərsiz olduğunu deyib: “Bu hardan bilsin ki, Rövnəq Abdullayev, Ziya Məmmədov, Cavid Qurbanov zavoda nə qədər metal göndərib. Səlahiyyətsiz bir işçi olub”.
Prosesdə "Baku Steel Company"də maliyyə direktoru olmuş Mübariz Səmədov da ifadə verib. O, "Azeri Steel-2009" şirkətinin kimə məxsus olmasından xəbərsiz olduğunu bildirib: "Rasim Məmmədov həbs olunmamışdan əvvəl məni Dövlət Təhlükəsizliyi Xidmətinə çağırmışdılar. Həmin vaxt "Azeri Steel-2009"-a getdim ki, görüm bu şirkət kimindir? Rasim Məmmədov, Çingiz Həsənov, Yusif Əhmədzadə bir yerdə idi. Şirkətin kimin olduğunu soruşdum. Hamısı bir-birinin üzünə baxdı, heç kimdən səs çıxmadı".
Şahid dövlət ittihamçısı Orxan Səmədov və Rasim Məmmədovun vəkilləri Pərviz Məmmədov və Zibeydə Sadıqovanın suallarını da cavablandırıb.
Proses oktyabrın 3-də davam etdiriləcək.
Qeyd edək ki, Rasim Məmmədov Dövlət Təhlükəsizlik Xidməti (DTX) tərəfindən həbs olunub. O, Cinayət Məcəlləsinin 179.4 (mənimsəmə və ya israfetmə, xüsusilə külli miqdarda ziyan vurmaqla törədildikdə), 193.3.2 (xüsusilə külli miqdarda gəlir əldə etməklə yalan sahibkarlıq), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə, ağır nəticələrə səbəb olduqda) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham olunur.
Paylaş:
Müəllif : Fuad
Tarix:30-09-2022, 20:04
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər