reklam
Regionxeberlericom.az » Araşdırma » “Xəstəxana xərclərini kimsə ödəmək istəmirdi” - Həkimi Rəhimdən danışdı

reklam

“Xəstəxana xərclərini kimsə ödəmək istəmirdi” - Həkimi Rəhimdən danışdı
















Tanınmış kardioloq Üzeyir Rəhimov dünən dünyasını dəyişmiş müğənni Rəhim Rəhimli ilə bağlı açıqlama verib. 

Ü.Rəhimov Rəhim Rəhimlinin 3-4 il əvvəl pasiyenti olduğunu və ağır ürək çatışmazlığından əziyyət çəkdiyini deyib: 

"3-4 il əvvəl pasiyentim olmuşdu, hospitalizə etmişdik. Ağır ürək çatışmazlığında gəlmişdi. Bir az düzələn kimi qaçdı, yəni çox mədəni şəkildə getməli olduğunu söyləyib xəstəxanadan ayrıldı. Digər pasiyentlərlə bir palatada qalırdı, bir dəfə də mənim palatamı dəyişdirin demədi. 

Səhnədə şən görünməsinə baxmayın, çox danışmazdı. Daxilində isə durmadan danışdığını, amma sitəmlərini dilə gətirmədiyini anlayırdım. Yanına gələn heç kimsə yox idi, bir neçə nəfərdən başqa, baxmayın bu gün sosial mediaya. Özünün maddi vəziyyəti yəqin ki bərbad idi. Xəstəxana xərclərini də kimsə ödəmək istəmirdi. Hər şeyin fərqində idi. Ona dəstək olanları daha da xərcə salmamaq üçün vaxtından əvvəl ayrılmışdı xəstəxanadan.

Yaradıcılıq qabiliyyəti olan insanlara həmişə heyran olmuşam, məndə belə xüsusiyyət olmadığından bəlkə də. Ya da tanrıya bizlərdən bir az dahayaxın olduqları üçün. Yaratmaq xüsusiyyətləri onlarda tanrıdan daha böyük parça daşıdıqlarının gösdəricisiydi.

Müalicəsini davam etdirməsi gərəkdiyini söylədiyimdə “mütləq gələcəm” demişdi. Gəlməyəcəyini bilirdim. Hətta bu qədər yaşayacağını da düşünmürdüm. Amma yəqin ki, bir şeylər hiss edirdi, sonun yaxınlaşdığını". 




Paylaş:


Müəllif : Tarix:
1-10-2022, 23:13
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər