Nazirlikdən ekspertin iddiaları ilə bağlı açıqlama - Yenilənib
Elm və Təhsil Nazirliyi təhsil eksperti Kamran Əsədovun məktəblərdə şagirdlərə kitab verilməməsi ilə bağlı paylaşımına münasibət bildirib.
Nazirlikdən verilən açıqlamada qeyd edilib ki, dərslik çatışmazlıqları ilə bağlı müraciətlər araşdırılır:
"Bildiyiniz kimi, dövlət və bələdiyyə ümumi təhsil müəssisələri Nazirlik tərəfindən nəşr edilən kağız dərsliklər, dərs vəsaitləri və digər tədris-metodik vasitələrlə yerli təhsili idarəetmə orqanları tərəfindən təqdim olunan proqnoz tələbat əsasında təmin edilirlər. Mütəmadi olaraq dərsliklərin çatışmazlığı və bu kimi hallara dair edilmiş müraciətlər Regional Təhsil idarələri tərəfindən araşdırılaraq aradan qaldırılır".
***10:18
“Oktyabrın 3-üdür, ikinci aydır ki, orta məktəblərdə dərslər başlayıb, amma şagirdlərə kitablar verilməyib”.
Bunu təhsil eksperti Kamran Əsədov özünün feysbuk səhifəsində yazıb.
“Şagirdlər kitabsız məktəbə gedib gəlirlər. Valideynlər kitab satışı yerlərindən öz pulları ilə kitab alır, pdf-dən çap edir, imkanı olmayanlar isə bundan məhrumdurlar”, - o bildirib.
Məsələ ilə bağlı Elm və Təhsil Nazirliyinə sorğu ünvanladıq. Sorğunu cavablandıracaqlarını bildirdilər.
Paylaş:
Müəllif : Fuad
Tarix:3-10-2022, 12:13
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər