Kiyev rus tankerini niyə saxladı? - Ekspert
Ukraynanın Kerç boğazında Rusiya tankerini saxlaması bu ölkənin tam haqqıdır.
Bu sözləri açıqlamasında analitik Elxan Şahinoğlu Ukrayna Təhlükəsizlik Xidmətinin Kerç boğazında Rusiya tankerini saxlamasına münasibət bildirərkən deyib. Onun sözlərinə görə, Ukrayna bununla ötən il Rusiya tərəfindən saxlanılan hərbi gəminin ekipajını azad etməyə çalışır:
“Həmin tanker başqa ad altında bir müddət öncə Ukrayna hərbi gəmisinə hücumda iştirak etmişdi. Ona görə də Ukraynanın tam hüququ çatır ki, həmin gəmini həbs etsin və məsələni araşdırmağa başlasın.
Əksinə, Rusiya hüququ çatmadığı halda Ukrayna hərbi gəmisinə hücum etmiş və Ukrayna hərbçilərini həbs etmişdi. Həmin hərbçilər indiyə qədər həbsdə saxlanılır. Bu məsələ iki ölkə arasında münasibətləri daha da gərginləşdirir.
Ukrayna artıq uzun müddətdir ki, öz dənizçilərini geri qaytarmağa çalışır. Rusiya isə onları təhvil vermək istəmir. Ukrayna bu tankeri əlində saxlamaqla çalışacaq ki, öz dənizçilərini gəmi ilə dəyişsin. Buna nail olub-olmayacağı isə proseslərin gedişindən asılıdır”.
Analitik Ukraynanın Rusiya tankerinin heyətini azad etməsinə də toxunub:
“Bununla Ukrayna rus dənizçilərə qarşı insani münasibətini ortaya qoydu. Rusiya isə ötən ilin noyabrında həbs etdiyi ukraynalı dənizçiləri hələ də saxlayır. Rusiyanın bu addımı Ukraynaya düşmən münasibətinin göstəricisidir. Çünki Rusiyanın məqsədi Ukraynanı zəiflətmək, bu ölkənin parçalanmasını sürətləndirməkdir. Ukraynanın müstəqil xarici siyasət yürütməsi, Qərb ölkələrinə yaxınlaşması, Avropa İttifaqı və NATO-nun üzvü olmağa çalışması Rusiyanın xoşuna gəlmir. Buna görə də Rusiya əlindən gələni edir ki, Ukraynanın problemləri artsın, inkişafdan qalsın”.
E.Şahinoğlu Rusiya tankerinin ötən il saxlanılan Ukrayna gəmiləri ilə dəyişdirilməsi perspektivinə toxunarkən qeyd edib ki, Rusiya bu məsələni mümkün qədər uzadacaq:
“Çünki Rusiya gəmilərin dəyişməsinə razı olsa, zəif görünəcək. Rusiya Ukrayna kimi “kiçik bir dövlət”in şantajla heç nəyə nail ola bilməyəcəyini göstərməyə çalışacaq. Buna görə də inanmıram ki, Rusiya çox asanlıqla gəmilərin mübadiləsinə razılaşsın”.
Qeyd edək ki, Ukrayna Təhlükəsizlik Xidməti Rusiya bayrağı altında üzən tankeri Odessadakı İzmail limanına daxil olarkən saxlayıb. Ukrayna Təhlükəsizlik Xidmətinin məlumatına əsasən, məhz bu tankerdən noyabrda Ukrayna hərbi gəmilərinin Kerç boğazından keçidinə mane olmaq üçün istifadə edilib. Kəşfiyyat gəmiyə NEYMA adının yeni verildiyini, Ukrayna gəmiləri saxlanılan zaman onun NİKA SPİRİT adlandırıldığını vurğulayıb.
Xatırladaq ki, Rusiya Federal Təhlükəsizlik Xidməti Kerç boğazında ötən ilin 24 noyabrında Ukrayna gəmilərini saxlamışdı. Nəticədə 24 ukraynalı hərbçi Rusiyaya aparılmışdı.
Paylaş:
Müəllif : Redaktor
Tarix:27-07-2019, 08:54
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Redaktor
Tarix:27-07-2019, 08:54
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
21-12-2024, 11:45
Magistral yolların keçdiyi rayonlarda yeni trend: Topraq sahələri kütləvi satışa çıxarılır
21-12-2024, 11:24
“Sahil Babyev, gəl sənə göstərim ki, biz sakinlərə necə xəstə heyvan verirlər!” – KƏLBƏCƏR SAKİNİNDƏN MÜRACİƏT / VİDEO, FOTO
21-12-2024, 11:20
Kiyevdə rusların vurduğu "Şah Plov" restoranı deputat Ağalar Vəliyevə məxsusdur - FOTO
21-12-2024, 11:18
Sumqayıtda milyonların talanmasında iştirakçı olan “Saffira Plus” MMC -nin fəaliyyəti niyə yoxlanılmır
21-12-2024, 11:07
İşçilərin maaşı ilə özünə “imperiya” quran dələduz şirkət rəhbəri QAÇDI - İLGİNC FAKTLAR...
20-12-2024, 21:08
Türkiyənin Suriya üçün göndərəcəyi 75 min ərzaq bağlamasının ilk partiyası yola salındı
20-12-2024, 14:01
Tiktoker Benizin zərərçəkəni hüquq-mühafizə orqanlarına müraciət etdi - 836 min manatdan çox pulunu hissə-hissə ələ keçirib
20-12-2024, 13:48
Ölkəmizə son illər iribuynuzlu heyvanlar HARADAN və NECƏ gətirilir? - “Dana monopoliyası” "kralı"na niyə DUR deyən tapılmır...?
20-12-2024, 12:09