reklam
Regionxeberlericom.az » Araşdırma » Ukraynada saxlanılan Qarabağ qazisinin məhkəməsində qəribə hadisə - Təfərrüat

reklam

Ukraynada saxlanılan Qarabağ qazisinin məhkəməsində qəribə hadisə - Təfərrüat

















Ukraynada həbsdə olan Qarabağ qazisi, Vətən müharibəsinin iştirakçısı Misir Qasımlının oktyabrın 21-də növbəti məhkəmə prosesi keçirilib.

Qeyd edək ki, bir neçə gün öncə Ukrayna Apelyasiya Məhkəməsi Misir Qasımlının xeyrinə qərar çıxardaraq, Obuxov Məhkəməsinin qərarını ləğv etmişdi. Bununla da qazinin azadlığa buraxılacağı gözlənilirdi. Bəs məhkəmə prosesində nələr yaşandı? Azərbaycanlı qazi niyə bu dəfə də azadlığa buraxılmadı?

Məsələ ilə bağlı Misir Qasımlının vəkili Aygül Rəfiyeva “Yeni Müsavat”a danışıb: “Kiyev Apelyasiya Məhkəməsində Misir Qasımlı və Sübhan Quliyev barəsində həbs qətimkan tədbirinin uzadılması haqqında qərarlardan şikayətlərə baxıldı. Qeyd edim ki hər iki şikayəti fərqli hakim kollegiyaları eyni vaxta saat 11:00-a təyin etmişdilər. Buna baxmayaraq bir şikayət üzrə işə saat 12:00-da baxılmağa başlanıldı və hakimlər Misir Qasımlının çıxışını kəsərək, iş üzrə fasilə elan edib işi saat 15:00-a təxirə saldılar. Saat 15:00-da iclas davam etdirildi, lakin hakimlər Misir Qasımlının rus dilində jurnalistlərin və konsulun qarşısında iş üzrə baş verən bütün qanun pozuntularını sadaladığını gördükdə yenidən onun sözünü kəsdilər və konvoylara Misir Qasımlını zaldan çıxartmaq haqqında əmr verdilər. Halbuki o, məhkəmədə qaydalara riayət edirdi.

Digər qərar üzrə şikayəti məhkəmə icraata götürüb baxışa təyin etsə də, yenidən bütün prosessual normaları pozub, icraata götürməkdən imtina edilməsi haqqında qərar qəbul etdi. Və bunu onunla əsaslandırdılar ki, birinci instansiya məhkəməsinin qərarından şikayət verilə bilməzdi. Hakim səhv edərək qərarda şikayət edilməsinin mümkün olduğunu qərarda yazıb".

Qeyd edək ki, Misir Qasımlı İkinci Qarabağ savaşının iştirakçısıdır. O, “Kəlbəcərin azad olunmasına görə” medalı ilə təltif olunub. Vətən müharibəsi qazisi olan Misir Qasımlı bildirmişdi ki, əslən erməni olan İspaniya vətəndaşı onu məqsədli şəkildə şərləyib və nəticədə həbsxanaya salınıb. M.Qasımlı sifarişli şəkildə həbsdə saxlanıldığını deyib və bu səbəbdən öz ölkəsinin rəhbərliyindən və ictimaiyyətindən dəstək istəyib.




Paylaş:


Müəllif : Tarix:
23-10-2022, 14:54
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər