reklam
Regionxeberlericom.az » Araşdırma » “Səs yazısındakı deyilənlər hüquq-mühafizə və təhlükəsizlik orqanları tərəfindən ciddi araşdırılmalıdır”

reklam

“Səs yazısındakı deyilənlər hüquq-mühafizə və təhlükəsizlik orqanları tərəfindən ciddi araşdırılmalıdır”










İkinci Qarabağ müharibəsində iştirak etmiş, müharibənin bitməsindən bir neçə gün sonra, noyabrın 23-də Suqovuşan qəsəbəsi ərazisində minaya düşərək həlak olan, ölümündən sonra “Vətən uğrunda”, “Suqovuşanın azad olunması uğrunda” medalları, “Zəfər” ordeni ilə təltif edilmiş, korpus komandirinin müavini, polkovnik Babək Səmidlinin səs yazısı yayılıb. Həmin səs yazısının müharibədən az sonraya, Babək Səmidlinin ölümündən isə bir neçə gün əvvələ aid olduğu güman edilir. Audioyazını Meydan Tv yayıb. Həmin səs yazısında Babək Səmidli müharibə dövründə ordudakı çatışmazlıqlardan, rəhbərlikdəki naqisliklərdən söhbət açır. Onun kiməsə hesabat verdiyi hiss olunur. Amma qarşı tərəfin kim olduğu aydın deyil. Həmin səs yazısı bir neçə gündür sosial mediada müzakirə olunur.

Təhlükəsizlik məsələlıri üzrə ekspert Ərəstun Oruclu mövzu ilə bağlı ASTNA-nın suallarına cavab verib.

– Ərəstun bəy, şəhid polkovnik Babək Səmidlinin səs yazısını yəqin ki, dinləmisiz. Sizcə, bu səs yazısı nələrdən xəbər verir? Bu səs yazısı ilə nələr aydın olur?
https://www.aztoday.az/wp-content/uploads/2022/10/arastun-300x224.jpg 300w, https://www.aztoday.az/wp-content/uploads/2022/10/arastun-768x574.jpg 768w" sizes="(max-width: 800px) 100vw, 800px" style="padding:0px;list-style:none;border:0px none;max-width:100%;height:auto;" class="fr-fic fr-dii">
– Dinləmişəm əlbəttə və orada səslənən faktlar mənim üçün sürpriz olmadı, çünki illərdir özüm bu barədə yazıram və danışıram. Amma çox təəssüf ki, həmin faktların nə bizim tərəfimizdən səsləndirilməsi, nə də bir sıra keçmiş ordu mənsubları tərəfindən dəfələrlə ictimailəşdirilməsi heç bir nəticə verməyib. Həmin səs yazısının orjinallığının və onun kimin tərəfindən, hansı məqsədlə ortaya atılmasının xeyli suallar doğurmasına rəğmən yayılan səs yazısı bir çox mətləblərdən xəbər verir. İlk növbədə dediyim kimi o, illərdir bizim açıqladığımız xeyli həqiqətləri yenidən gündəmə gətirdi. Onların arasında ən böyük və ən əsas həqiqət isə budur ki, uzun illərdir ölkənin Müdafiə Nazirliyində mütəşəkkil kriminal dəstə fəaliyyət göstərir. Səsləndirilən bir sıra faktlar isə həmin kriminal dəstənin fəaliyyətinin təkcə mənimsəmələrdən, korrupsiyadan və rüşvətxorluqdan deyil, həm də dövlətə xəyanətdən ibarət olmasıdır. Ölkənin silahlı qüvvələrinin silah-sursat təhcizatı ilə bağlı səsləndirilən fikirlər birbaşa məhz buna işarə edir. Burda da mənim üçün yenilik olmadı, çünki həm dəfələrlə səsləndirdiyimiz həmin faktların, həm də Tərtərdə Azərbaycan Ordusuna qarşı törədilmiş vəhşiliklərin birmənalı olaraq Azərbaycan xalqına və dövlətinə xəyanət olduğunu xüsusi vurğulamışıq. Aydın olan həm də Azərbaycan Ordusunun 44 günlük müharibə dövründə hansı vəziyyətdə olmasıdır, amma burda da təəccüblü heç nə yoxdur. Ona görə ki, illər boyu rəhbərliyində korrupsiyanın, rüşvətxorluğun, tayfabazlığın, qruplararası çəkişmələrin, xəyanətin tuğyan etdiyi orduda vəziyyət başqa cür ola da bilməzdi.

– Polkovnik Babək Səmidlinin ölümü də şübhəli idi. Onun müharibə bitəndən sonra minaya düşməsi bir çoxlarında bu hadisənin təsadüf olmaması şübhəsi yaratmışdı. Bu səs yazısından sonra bu şübhələr bir qədər də artıb. Bu şübhələr əsaslı ola bilərmi?

– Bəli, şübhələr kifayət qədər əsaslıdır, amma onların bu gün yayılan səs yazısı ilə bağlı olmasını iddia etmək sadəcə iz azdırmaqdır. Ona görə ki, Babək Səmidlinin Tərtər cinayətinin ən fəal iştirakçılarından olması və cinayət törədildikdən sonra onun qurbanlarının ailə üzvlərini pulla ələ almaq cəhdləri haqda onlarla şahid və sübutlar var. İlk gündən də onun müəmmalı şəkildə minaya düşməsi elə məhz bununla əlaqələndirilirdi. Amma indi sosial media məkanında mütəşəkkil bir qrup məqsədli şəkildə ictimai rəyi çaşdırmağa və diqqəti hadisənin mümkün səbəbi kimi həmin hadisədən yayındırmağa çalışır. Mən isə bu gün də həmin fikrin üzərində qalıram ki, onun ölümü məhz Tərtər qətliamında iştirakı ilə bağlı olub və hesab edirəm ki, Babək Səmidlinin minaya düşməsi ilə bağlı xüsusi cinayət işi açılmalı, hərtərəfli təhqiqat aparılmalıdır.

-Bu səs yazısını və onun yayılmasını orduya, Azərbaycana, eləcə də Türkiyəyə qarşı təxribat adlandıranlar var. Bunu belə qələmə vermək nə dərəcədə düzgündür?

– Belə fikirlər orduda baş verənlərin ictimailəşdirilməsinin silahlı qüvvələrə, ölkənin müdafiə qabiliyyətinə guya, ziyan vurması kimi yanlış yanaşmanın tərkib hissəsidir və düzgün deyil. Bu cür yanaşmanın ortaya atılmasının səbəblərindən biri də Müdafiə Nazirliyində baş verənləri ölkə ictimaiyyətinin diqqətindən kənarda saxlamaq cəhdidir. Azərbaycan Ordusunda illər boyu baş verənlərin səbəblərindən biri və birincisi də məhz onun ictimai nəzarətdən kənarda qalması olub. Həmin səs yazısında heç bir təxribat görmürəm, əksinə, onun ölkənin hüquq-mühafizə və təhlükəsizlik orqanları tərəfindən ciddi araşdırılmalı olduğunu məqsədəuyğun hesab edirəm, hərçənd ki, bunun olacağını da gözləmirəm.

-Babək Səmidlinin səs yazısında dedikləri ilə bağlı bu vaxta qədər orduda hər hansı ölçülər götürülübmü? Və ya bundan sonra ölçü götürülməli, kimlərsə cəzalandırılmalıdırmı?

– Xeyr, heç bir ölçü götürülməyib və hətta əksinə, 44 günlük müharibədən sonra ordu rəhbərliyinin əməllərində korrupsiya, özbaşınalıq, qanunsuzluq bir qədər də artıb. Son aylar ölkənin hüquq-mühafizə və təhlükəsizlik orqanları tərəfindən Müdafiə Nazirliyinin müxtəlif səviyyəli maliyyə qurumlarının rəhbərləri arasında çoxsaylı həbslər aparılsa da, vəziyyət nəinki yaxşılaşmayıb, bizə çatan məlumatlara inansaq, hətta daha da pisləşib. Bu isə o deməkdir ki, həbslər və cəzalandırmalar tam həcmdə olmayıb, tapdalanan ilanın ancaq quyruğudur. Halbuki, nəinki cəzalandırmalar, hətta bu qurumun fəaliyyətinin tam yoxlanılması və onun rəhbərliyinin vəzifədən təcili kənarlaşdırılması artıq təxirəsalınmaz zərurətə çevrilib. Amma burda da ritorik bir sual ortaya çıxır ki, hətta bu addımlar atılsa belə köklü dəyişikliklər baş verəcəkmi? Bu suala pozitiv cavab isə yoxdur, ona görə ki, Müdafiə Nazirliyini ələ keçirmiş mütəşəkkil dəstənin illər boyu apardığı məqsədyönlü fəaliyyətin nəticəsində vicdanlı, savadlı, əqidəli və ölkəsinə sadiq peşəkar zabitlərin xeyli hissəsi ən müxtəlif yollarla ordu sıralarından kənarlaşdırılıb.

-Bu səs yazısı ortaya çıxandan sonra Bəbək Səmidlinin giley etdiyi tərəfin hücumunu gözləmək olarmı?

-Səs yazısının yayılmasının özünün siyasi hakimiyyətə mesaj və təhdid olduğunu düşünənlər də var. Həmin səs yazısında Müdafiə Nazirliyinin rəhbərliyindəki qruplardan birinin xüsusilə hədəfə alınması da görünür. Bu səbəbdən də nazirliyin daxilindəki qruplar arasında mübarizənin kəskinləşəcəyini ehtimal etmək olar. Burda da siyasi hakimiyyət və hüquq-mühafizə orqanları öz sözünü deməlidir. Qlobal və regional müstəvilərdə geosiyasi mübarizənin sürətlə kəskinləşdiyi, Azərbaycan ətrafında gərginliyin və təhdidlərin günbəgün artdığı bir şəraitdə ordunu Azərbaycan dövlətinin mənafeyinə xidmət etdikləri xeyli suallar doğuran bir-biri ilə didişən kriminallaşmış dəstələrin ümidinə buraxmaq ölkəni və xalqı ciddi risklərə məruz qoymaq deməkdir. İndiki vəziyyətdə ölkənin silahlı qüvvələrinə yalnız Azərbaycan dövlətinin və xalqının milli maraqlarına xidmət edən sınanmış kadrların rəhbərlik etməsi həyati əhəmiyyət kəsb edir. Amma bu, istiqamətdə addımların atılacağına əminliyim yoxdur.

-Bu səs yazısını yayan media orqanını hansısa təhlükələr gözləyə bilərmi? Həmin media orqanı üçün hakimiyyət hansı tədbirlər görə bilər?

-Çox güman ki, sonda hədəfə gələn də elə media qurumları olacaq. Bunun üçün hüquqşünas İlham Aslanoğlunun, jurnalistlər Abid Qafarovun və Əvəz Zeynallının, polkovnik Elnur Məmmədovun saxta ittihamlarla həbs və mühakimə olunmasını xatırlatmaq kifayət edər. Bunu da xatırladım ki, onların hamısı Azərbaycan Ordusuna qarşı törədilmiş cinayətləri ictimailəşdirdiklərinə və ifşa etdiklərinə görə cəzalandırılıblar. Əvəz Zeynallını heç bir fakta malik olmayan müəmmalı səs yazısına görə bir neçə saat ərzində həbs edən Baş Prokurorluq Tərtər qətliamını 11-ci aydır “araşdırır”. Çox misallar gətirə bilərəm, amma buna ehtiyac olduğunu düşünmürəm, hər şey hər kəsə aydındır. Amma görünən həm də budur ki, ölkənin silahlı qüvvələrindəki acınacaqlı vəziyyətdən xəbərsiz olan təkcə Azərbaycanın siyasi rəhbərliyidir.




Paylaş:


Müəllif : Tarix:
26-10-2022, 11:04
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər