reklam
Regionxeberlericom.az » Araşdırma » “Tərtər işi” ilə bağlı məhkəməsi keçiriləcək 11 nəfərin - Siyahısı + Yenilənib

reklam

“Tərtər işi” ilə bağlı məhkəməsi keçiriləcək 11 nəfərin - Siyahısı + Yenilənib

















“Tərtər işi” üzrə təqsirləndirilərək mühakimə edilən və bu gün apellyasiya şikayətinə baxılacaq 11 nəfərin adı məlum olub.

Bunlar kapitan Rauf Orucov, baş leytenant Sultan Zeydullayev, gizir Emin Adilzadə, leytenant Natiq Əliyev, kiçik çavuş Əlizamin Quliyev, əsgər Turan İbrahimli, Müşfiq Əhmədli, Məcid Qasımov, Faiq Əhmədov, Mirpaşa Mehdiyev və Atabəy Rəhimovdur.

Bu gün Gəncə Apellyasiya Məhkəməsində hakim Teyyub Muxtarovun sədrliyi ilə həmin şəxslərin apellyasiya şikayəti üzrə məhkəmə iclası başlayacaq.


***09:28

"Tərtər işi" üzrə həbs edilmiş 11 nəfərlə bağlı apellyasiya baxışı başlayır.

İş Gəncə Apellyasiya Məhkəməsində hakim Teyyub Muxtarovun sədrliyi ilə araşdırılacaq.

İlk baxış iclası bu günə təyin olunub.

Qeyd edək ki, bir müddət əvvəl Ali Məhkəmənin Plenumunda "Tərtər işi" çərçivəsində həbs edilmiş 18 nəfərin işinə baxılıb.

Bildirilib ki, Plenumda Baş prokurorun ərizəsi təmin olunmaqla məhkum Orucov Rauf Rəşid oğlu və qeyrilərinin, habelə məhkum Rzayev Nicat Qabil oğlu və qeyrilərinin Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 274 (dövlətə xəyanət) və digər maddələri ilə məhkum edilmələrinə dair yeni açılmış hallarla əlaqədar cinayət işlərinin apellyasiya instansiyası məhkəməsinə yeni baxışa göndərilməsi barədə qərar qəbul edilib.




Paylaş:


Müəllif : Tarix:
2-11-2022, 14:10
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər