reklam
Regionxeberlericom.az » Araşdırma » "Tərtər işi" üzrə daha 7 nəfərin hökmü ləğv edildi - Yenilənib

reklam

"Tərtər işi" üzrə daha 7 nəfərin hökmü ləğv edildi - Yenilənib

















"Tərtər işi" üzrə həbs edilmiş daha 7 nəfərin apellyasiya şikayəti üzrə məhkəmə baxışı keçirilib.

Gəncə Apellyasiya Məhkəməsində hakim Salman Hüseynovun sədrliyi ilə keçirilən iclasda qərar elan olunub.

Vəkil Rəsul Cəfərovun verdiyi məlumata görə, qərara əsasən, Tərtər Hərbi Məhkəməsinin hökmü ləğv edilib. İş yenidən araşdırılması üçün Tərtər Hərbi Məhkəməsinə göndərilib.

7 nəfərin üzərindən məhkumluq götürülüb və təqsirləndirilən şəxs statusu verilib.

***17:00

"Tərtər işi" üzrə həbs edilmiş 11 nəfərlə bağlı verilən apellyasiya şikayəti üzrə məhkəmə prosesi keçirilib.

Gəncə Apellyasiya Məhkəməsində hakim Teyyub Muxtarovun sədrliyi ilə keçirilən iclasda qərar elan olunub. Vəkil Rəsul Cəfərovun verdiyi məlumata görə, qərara əsasən, Tərtrər Hərbi Məhkəməsinin qərarı ləğv olunub, 11 nəfərin işi yenidən baxılması üçün Gəncə Hərbi Məhkəməsinə göndərilib.

Həmçinin məhkum şəxslər yenidən təqsirləndirilən şəxs statusuna qaytarılıb.

Vəkil Zabil Qəhrəmanov və digərlərinin təqsirləndirilən şəxslərin barəsində həbs qərarının ləğv edilməsi barədə vəsatətləri təmin olunmayıb.

Bundan başqa, vəkil Zabil Qəhrəmanov vəsatət qaldıraraq məhkumlar barəsində qərar çıxaran şəxslər haqqında xüsusi qərar çıxarılmasını istəyib.

Məhkəmə bu vəsatəti də təmin etməyib.

Qeyd edək ki, bir müddət əvvəl Ali Məhkəmənin Plenumunda "Tərtər işi" çərçivəsində həbs edilmiş 18 nəfərin işinə baxılıb.

Plenumda Baş prokurorun ərizəsi təmin olunmaqla məhkum Orucov Rauf Rəşid oğlu və qeyrilərinin, habelə məhkum Rzayev Nicat Qabil oğlu və qeyrilərinin Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 274 (dövlətə xəyanət) və digər maddələri ilə məhkum edilmələrinə dair yeni açılmış hallarla əlaqədar cinayət işlərinin apellyasiya instansiyası məhkəməsinə yeni baxışa göndərilməsi barədə qərar qəbul edilib.




Paylaş:


Müəllif : Tarix:
2-11-2022, 18:16
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər