reklam
Regionxeberlericom.az » Araşdırma » "Mitinqdə xəsarət aldığımı biləndən sonra məni xəstəxanadan çıxardılar" - Video

reklam

"Mitinqdə xəsarət aldığımı biləndən sonra məni xəstəxanadan çıxardılar" - Video

















Mehman Həbibov oktyabrın 24-də, Azərbaycan Xalq Cəbhəsi Partiyasının Bakı Şəhər İcra Hakimiyyətinin qarşısında keçirdiyi etiraz aksiyasında çıxış edib.

Yeniavaz.com “Toplum TV”yə istinadla xəbər verir ki, o, saxlanılarkən polis zorakılığına məruz qaldığını iddia edir.

“Polislərdən bir nəfər əmr elədi ki, bunu arxaya aprın. Məni sıra ilə düzülmüş polis maşınlarının yanına aprıb döydülər”, - deyə M. Həbibov bildirib.

O, zədələndiyi üçün azadlığa buraxılandan sonra Mirqasımov adına Respublika klinik xəstəxanasına müraciət edib. M. Həbibov iddia edir ki, həkimlər onun mitinqdə xəsarət aldığını biləndən sonra xəstəxanadan çıxarıblar:

“Sistemi köçürməyə hazırlaşırdalar, gəlib açıb evə buraxdılar. Dedim, rentgenin cavabını verin, dedilər itib, sabah tapıb verə bilərik. Növbəti gün gəldim, dedilər ancaq polisin icazəsi olduqdan sonra verə bilərik”.

M. Həbibov danışır ki, bu ilin əvvəlində Rusiya-Ukrayna müharibəsi başlayanda o da Rusiyada yaşayırmış. Sosial şəbəkələrdə Ukraynanı dəstəklədiyi üçün rus polisləri tərəfindən həbs olunub. Dediyinə görə, polislər onu təhdid edib ki, əgər səfərbərlik olsa, birinci onu aparacaqlar. Elə bu səbəbdən də ailəsilə birgə Azərbaycana qayıdıb. Amma burda da rahatlıq tapmayıb. Bu dəfə də Azərbaycan polisləri onun axtarışına çıxıb.

Məsələ ilə əlaqədar Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildirildi ki, Mehman Həbibovun iddiaları əsassız olmaqla şəxsi mülahizələrdir, faktsızdır:

“Məqsəd ictimai diqqəti cəkb etməkdir”.




Paylaş:


Müəllif : Tarix:
7-11-2022, 12:13
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər