reklam
Regionxeberlericom.az » Araşdırma » Pulumuzu nəyə daha çox xərcləməliyik: Beynimizə, yoxsa mədəmizə?..

reklam

Pulumuzu nəyə daha çox xərcləməliyik: Beynimizə, yoxsa mədəmizə?..

















Dövlət Statistika Komitəsinin açıqladığı sonuncu statistik məlumata görə Azərbaycanda ayda adambaşına orta hesabla 308 manat 60 qəpik istehlak xərclərimiz olur. İstehlak xərclərimizin isə cəmi 4 manat 90 qəpiyi və ya 1,6%-ni təhsil üçün xərcləyirik.

Təhsil sahəsi eyni zamanda istehlak xərclərimiz arasında ən az vəsait sərf etdiyimiz istiqamətdir. Müqayisə üçün qeyd edək ki, kafe və restoranlarda xərclədiyimiz pullar istehlak xərclərimizin 6,7%-ni (20,8 manat) təşkil edir və bu da göründüyü kimi təhsilə ayırdığımız vəsaitdən təxminən 4,2 dəfə çoxdur.

İstehlak xərclərinin 43,6%-ni (134,7 manat) ərzaq məhsullarının alınmasına yönəldirik. Kafe və restoronlarda xərclədiyimiz pulları da nəzərə alsaq gəlirlərimizin yarısını yeyib-içməyə xərcləyirik.

Maraqlı və diqqət çəkən məqam odur ki, son 3 ildə əsas istiqamətlərdə istehlak xərclərimiz artdığı halda təhsil xərclərimizdə azalma olub.

Müqayisə üçün 2019-2021-ci illərdə adambaşına düşən aylıq istehlak xərclərimizi təqdim edirik:

İstehlak xərcləri (aylıq)2019-cu ildə2021-ci ildə
MəbləğÜmumi xərclərdə payıMəbləğÜmumi xərclərdə payı
ərzaq məhsullarına129,2 azn41,5 %134,7 azn43,6 %
alkoqollu içkilərə1,6 azn0,5 %1,8 azn0,6 %
tütün məmulatlarına4,3 azn1,4 %4,4 azn1,4 %
paltar və ayaqqabıya18,4 azn6,2 %18,7 azn6,1 %
səhiyyə xidmətlərinə14,4 azn4,8 %16,4 azn5,3 %
nəqliyyat xidmətlərinə19 azn6,4 %20 azn6,5 %
rabitə  xidmətlərinə9,7 azn3,2 %10,3 azn3,3 %
istirahət və mədəniyyət xidmətlərinə12,7 azn4,3 %11,4 azn3,7 %
mehmanxana, kafe, restoran xidmətlərinə26,8 azn9 %20,8 azn6,7 %
təhsil xərclərinə5,5 azn1,8 %4,9 azn1,6 %

mənbə: Dövlət Statistika Komitəsi


Onu da qeyd edək ki, həm təhsil, həm də digər istehlak xərcləri iqtisadi rayonlarda müxtəlif olub. Məsələn, Naxçıvan iqtisadi rayonunda (Naxçıvan şəhəri, Şərur, Babək, Ordubad, Culfa,  Şahbuz, Kəngərli və Sədərək rayonları) ərzağa sərf olunan pullar ümumi xərclərin 45,3%-nə (139,1 manat), təhsilə sərf olunan vəsait isə 1,6%-nə (5,9 manat) bərabər olub.

Bu göstərici iqitisadi rayonlarda aşağıdakı kimi olub:

İqtisadi rayonlarƏrzaq məhsullarına (aylıq)Təhsil xərcləri (aylıq)
Bakı şəhəri150,4 azn5,3 azn
Naxçıvan MR
(Naxçıvan şəhəri, Babək, Culfa, Kəngərli, Ordubad, Sədərək, Şahbuz və Şərur rayonları)
139,1 azn5,9 azn
Abşeron-Xızı
(Sumqayıt şəhəri, Abşeron və Xızı rayonları)
137,1 azn5 azn
Dağlıq Şirvan
(Ağsu, İsmayıllı, Qobustan və Şamaxı rayonları)
129,3 azn5,4 azn
Gəncə-Daşkəsən
(Gəncə və Naftalan şəhərləri, Daşkəsən, Goranboy, Göygöl və Samux rayonları)
131,3 azn6,4 azn
Qarabağ
(Xankəndi şəhəri, Ağcabədi, Ağdam, Bərdə, Füzuli, Xocalı, Xocavənd, Şuşa və Tərtər rayonları)
122,1 azn3,6 azn
Qazax-Tovuz
(Ağstafa, Gədəbəy, Qazax, Şəmkir və Tovuz rayonları)
133,5 azn4,5 azn
Quba-Xaçmaz
(Xaçmaz, Quba, Qusar, Siyəzən və Şabran rayonları)
132,9 azn4,1 azn
Lənkəran-Astara
(Astara, Cəlilabad, Lerik, Lənkəran, Masallı və Yardımlı rayonları)
132,1 azn4,9 azn
Mərkəzi Aran
(Mingəçevir şəhəri, Ağdaş, Göyçay, Kürdəmir, Ucar, Yevlax və Zərdab rayonları)
123 azn5,2 azn
Mil-Muğan
(Beyləqan, İmişli, Saatlı və Sabirabad rayonları)
123,2 azn3,8 azn
Şəki-Zaqatala (Balakən, Qax, Qəbələ, Oğuz, Şəki və Zaqatala rayonları)130,1 azn3,6 azn
Şərqi Zəngəzur  (Cəbrayıl, Kəlbəcər, Qubadlı, Laçın və Zəngilan rayonları)143,5 azn6,8 azn
Şirvan-Salyan (Şirvan şəhəri, Biləsuvar, Hacıqabul, Neftçala və Salyan rayonları)120,6 azn5,4 azn

mənbə: Dövlət Statistika Komitəsi


Açıqlanan rəsmi statistikadan da göründüyü kimi, Azərbaycanda ərzaq məhsullarının alınmasına sərf olunan vəsait  ilə təhsil xərclərinə sərf olunan vəsait arasında kəskin fərq var. Ümumi ölkə üzrə açıqlanan rəqəmlərə baxdığımız zaman görürük ki, ərzaq məhsullarının alınmasına sərf olunan vəsaitin istehlak xərclərindəki payı təhsil xərclərinə sərf olunan vəsaitin istehlak xərclərindəki payı arasında 42 faiz bəndi fərq var:

İstehlak xərclərində ərzaq məhsullarının payıİstehlak xərclərində təhsil xərclərinin  payıFərq
43,6 %1,6 %42 faiz bəndi

İnkişaf etmiş iqtisadiyyata sahib olan ölkələrdə bu fərq əksər hallarda daha aşağı olur. Müqayisə üçün bəzi Avropa ölkələrindəki mövcud statistikanı təqdim edirik:


Ölkələr
İstehlak xərclərində ərzaq məhsullarının payıİstehlak xərclərində təhsil xərclərinin  payıFərq
Lüksemburq9,5 %1 %8,5 faiz bəndi
Almaniya11,9 %0,9 %11 faiz bəndi
Danimarka12,2%0,9 %11,3 faiz bəndi
İslandiya13,6 %1,1 %12,5 faiz bəndi
Malta15 %2 %13 faiz bəndi
İspaniya15,8 %1,8 %14 faiz bəndi

mənbə: Eurostat


Unutmayaq ki, təhsil təkcə ölkələrin sosial-iqtisadi və sosial-mədəni inkişafında deyil həmçinin təhlükəsizliyində, davamlı inkişafında, məşğulluğun təmin olunmasında, yoxsulluğun azaldılmasında və s. mühim yer tutan fəaliyyət sahəsidir. Çünki ixtisaslı kadrların ortaya çıxardığı maddi və mənəvi dəyərlər, ixtisası olmayan insanın ortaya çıxardığı dəyərlərdən fərqlidir. Eyni zamanda onların gəlirləri arasında da ciddi fərqlər mövcuddur. İxtisaslı kadrların hazırlanmasına qoyulan investisiyalar insanın formalaşmasına yatırılan sərmayədir. Başqa formada bu, insana kapital qoyuluşu da adlandırılır və belə investisiyalar insan kapitalını formalaşdırır. Ümumiyyətlə dünyada insan kapitalı ən çox gəlir gətirən investisiya hesab olunur. Bu baxımdan indiki dövrdə təhsilin keyfiyyətini yüksəltməyə çəkilən xərclər vacib məsələlərdən biridir. Qazanılan biliklər insanın ömür yolunda onu daim müşaiyət edir və sosial rifahını yaxşılaşdırır.

Təsadüfi deyil ki, istənilən ölkədə təhsilə xərclənən vəsait həmin ölkədə əsas iqtisadi göstərici olan adambaşına düşən ümum daxili məhsul (ÜDM) ilə düz mütanasibdir.

Aşağıdakı cədvəldə adambaşına düşən ÜDM-nin ən yüksək və ən aşağı səviyyədə olduğu 10 ölkədə, həmçinin region ölkələrində adambaşına düşən təhsil xərcləri və adambaşına düşən ÜDM-ni təqdim edirik:

ÖlkələrAdambaşına düşən təhsil xərcləriAdambaşına düşən ÜDM
Monako8 684 dollar173  688 dollar
Lixtenşteyn3 550 dollar169 049 dollar
Lüksemburq11 804 dollar135 682 dollar
İrlandiya13 187 dollar99 152 dollar
İsveçrə14 672 dollar93 457 dollar
Rusiya1 741 dollar12 172 dollar
Qazaxıstan1 416 dollar10 041 dollar
Türkiyə1 190 dollar9 586 dollar
Azərbaycan620 dollar5 384 dollar
Gürcüstan565 dollar5 042 dollar
Ermənistan388 dollar4 670 dollar
İran637 dollar2 756 dollar
Burundi12 dollar237 dollar
Somali-446 dollar
Mozambik90 dolar500 dollar
Mərkəzi Afrika Respublikası46 dollar511 dollar
Madaqaskar80 dollar515 dollar

mənbə: Dünya Bankı





Paylaş:


Müəllif : Tarix:
14-11-2022, 14:09
Sikayət   


loading...
Загрузка...

Oxşar Xəbərlər